
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Əmək Koalisiyasının (İşçi Evi) Təbriz Şöbəsinin katibi Kərim Sadiqzadə Təbriz Maşınqayırma Zavodunun qeyri-münasib müəssisəyə ötürülməsinə növbəti dəfə öz etirazını bildirib.
O bu barədə Əmək Koalisiyasının İcra Heyətinin üzvləri, Əməkli İşçilər Mərkəzi, Əmək İslami Şuralarının Koordinasiya Mərkəzi, İşçi Sendikalar Qurumu və Əyalət İşçilərinin Əməkdaşlıq Dərnəyi nümayəndəsinin Təbriz imam cüməsi Məhəmməd Əli Al-i Haşim ilə görüşündə danışıb.
«Şərqi Azərbaycan işçiləri iş güvənliyi və işçilərin kütləvi şəkildə ixtisar edilməməsini tələb edirlər, onlar əməklilərin maaşının ədalətli şəkildə təyin edilməsini istəyir. Hazırda Şərqi Azərbaycanda işçilərin sadəcə 15 faizi rəsmi olaraq fəaliyyət göstərir, onların 85 faizi müvəqqəti müqavilələr əsasında çalışır. Bu məsələ işçilərdə xüsusi nigaranlıq yaradır və onların ictimai həyatına mənfi təsir edir», - deyə K.Sadiqzadə bildirib.
Əmək Koalisiyasının Təbriz Şöbəsinin katibi Şərqi Azərbaycanda istehsal və əmək sahəsində olan problemlərin bir hissəsini ölkə konstitusiyasının (anayasa) 44-cü maddəsinin yalnış icra edilməsi ilə əlaqələndirib.
«Ötən illərdə bir sıra istehsal müəssisələri peşəkarlıq prinsipinə əhəmiyyət verilmədən özəl sektora buraxılıb. Bu istehsal sahəsində durğunluq yaratmaq və işçiləri yeni problemlərlə üz-üzə qoymaqdan başqa heç işə yaramayıb. Statistik rəqəmlər göstərir ki, bu şəkildə özəlləşdirmələrin 87 faizi uğursuz olub», - deyə o bildirib.
K.Sadiqzadə Təbriz Maşınqayırma Zavodunun qeyri-münasib özəl müəssisəyə ötürüldüyünü qeyd edərək Təbriz imam cüməsindən bu məsələyə müdaxilə etməsini istəyib. O vurğulayıb ki, «lütfən zavodun, Şərqi Azərbaycanın digər istehsal müəssisələri, o cümlədən Traktorqayırma zavodunun vəziyyətinə düşməsinə icazə verməyin».
Əmək Koalisiyasının Təbriz şöbəsinin katibi bundan öncə də Maşınqayırma zavodu, iflas etmiş İran Polad Əməklilik Müəssisəsinə ötürüldüyü zaman məsələyə öz etirazını bildirib.
Təbrizin millət vəkilləri də ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq zavodun özəlləşdirməsinə qarşı olduqlarını elan ediblər. Onlar Maşınqayırma zavodunun Şesta Şirkətinə (Təmin-i İctimai İdarəsinin Yatırım Şirkəti) buraxılmasını tələb ediblər.
Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod son illərdə dövlətin yalnış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Ötən günlərdə İran mətbuatında bildirilmişdir ki, «Özəlləşdirmə Təşkilatı, İran Polad Əməklilik Müəssisəsi tərəfindən zavodu iki fiziki şəxsə ötürüb». Bundan sonra İran Özəlləşdirmə Təşkilatının rəisi Mir Əli Əşrəf Abdullapur Hüseyni Təbriz Maşınqayırma Zavodunun özəl sektora buraxılmasına etiraz edənləri məhkəməyə şikayət etməklə təhdid edib.