Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:42 | 19 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 2337 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya KİV-lərinin bir qayda olaraq Dağlıq Qarabağdakı erməni separatçılarına informasiya dəstəyi verdiyi məlumdur. Ötən ilin aprel hərbi əməliyyatları zamanı Azərbaycan ictimaiyyəti bunun bir daha şahidi olub. Hansı ki, o cümlədən Kremlə bağlı Rusiya KİV-lərinin reportyor qrupları Dağlıq Qarabağa ezam edilərək baş verənləri birmənalı şəkildə erməni nöqteyi-nəzərindən işqlandırmaqda idi.
İndi təmas xəttində son günlər Ermənistan ordusunun ciddi itkilər verməsi ilə müşaiyət olunan gərginliklə əlaqədar Rusiya KİV-lərində yenə də eyni xətt müşahidə olunmaqdadır. Sifarişli yazılar dərc etməsi ilə tanınan «Nezavisimaya qazeta» isə deyəsən bir qədər də irəli gedib və Azərbaycanın işğal altındakı ərazilərində baş verənlər barədə məqaləsində «Artsax» ifadəsini işlədib.
Xatırladaq ki, bir müddət əvvəl Dağlıq Qarabağdakı qondarma erməni rejimi «referendum» keçirərək «Dağlıq Qarabağ respublikasının» adını dəyişdirərək «Artsax» kimi elan etmişdi. İndi «Nezavisimaya qazeta» bu ad dəyişikliyini tanıyaraq Azərbaycan ərazilərinin bir hissəsi barədə uydurma «Artsax» sözünü başlığa çıxarıb və təmas xəttində hökm sürən son gərginliklə bağlı bütünlüklə erməni tərəfin nöqteyi-nəzərini əks etdirən, Azərbaycan tərəfinin mövqeyi barədə bir kəlmə də olsa bəhs edilməyən məqalə dərc edib. «Artsax yenidən müharibə ərəfəsindədir»-qəzetin aşağı keyfiyyətli, jurnalistika və təhlil standartlarından uzaq olan cızma-qarasının başlığı belədir.
Virtualaz.org qeyd edir ki, «Nezavisimaya qazeta» 1995-2005-ci illər ərzində oliqarx Boris Berezovskinin mülkiyyətində idi. 2005-ci ildə Berezovski qəzeti o vaxtkı iqtisadi inkişaf naziri German Qrefin köməkçisi Konstantin Remçukova satdı. Hazırda Remçukov qəzetin sahibi və baş redaktorudur. Lakin bu, «Nezavisimaya qazeta»nın heç də adından göstərildiyi kimi müstəqil olması mənasını vermir. 2014 və 2015-ci illərdə «Anonimous» hakerlər qrupu «Nezavisimaya qazeta»nın Moskva meriyasının və Rusiya prezidenti Administrasiyasının maraqlarına xidmət edən məqalələr dərc etdiyinə, habelə Remçukovun Prezident Administrasiyasının daxili siyasət İdarəsinin rəhbərinin müavini Timur Prokopenko ilə sıx əməkdaşlığına, təlimatları ondan aldığına dair ifşaedici materialları ələ keçirib yaymışdı.
Belə görünür ki, rəsmi Bakı Rusiya KİV-lərinin, o cümlədən indiki halda «Nezavisimaya qazeta»nın qondarma «Artsax» adını işlətməsi ilə bağlı qəzetin redaksiyasına, eləcə də Rusiyanın müvafiq dairələrinə öz ciddi etirazını bildirməlidir. Çünki Moskvanın Azərbaycan mediasında Rusiya tematikası ilə bağlı dərc edilən məqalələrə necə həssas yanaşdığı məlumdur. Bu ilin əvvəllərində isə haqqin.az saytı Qərb KİV-lərinin yaydığı, o cümlədən Rusiyanın aparıcı KİV-lərində, TASS agentliyində belə dərc edilən informasiyanı-İŞİD-in bir sıra xarici ölkələrdəki Rusiya səfirliklərinə qarşı terrora əl ata biləcəyi barədə məlumatı dərc etdiyinə görə Rusiya XİN Bakıya nota vermişdi. İndi Azərbaycan tərəfi «Nezavisimaya qazeta» kimi nəşrlərin erməni təbliğatının ruporuna çevrilməsinə niyə göz yummalıdır?