
İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
ABŞ ordusu Somalidə terrorçuların mağarasını bombaladı
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
Mosulun qərb hissəsindəki bir neçə rayonda hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasının yaraqlıları arasında yenidən döyüşlər başlayıb.
«RİA Novosti»nin verdiyi xəbərə görə, bu gün xüsusən Aş-Şahvan və Al-Maydan rayonlarında silahlı toqquşmalar şiddətlənib, bir neçə hərbçi yaralanıb. Döyüşlərin artıq üç gündür davam etməsinə baxmayaraq, güc strukturları bu rayonlarda irəliləyə bilmirlər. Onların köməyinə könüllülər gəlir. Hərbçilərə, eyni zamanda, havadan döyüş və kəşfiyyat uçuşları həyata keçirən helikopterlər kömək göstərir.
Yaraqlılar ölkənin böyüklüyünə görə bu ikinci şəhərini üç ildən çox idi ki, öz əllərində saxlayırdı. İraqın Baş naziri Heydər əl-Abadi iyulun 10-da Mosulda İŞİD üzərində qələbə qazanıldığını rəsmən elan edib. Hərbi əməliyyatların komandanı, ABŞ generalı Stiven Taunsend isə bildirib ki, şəhərin yaraqlılardan təmizlənməsi daha bir neçə həftə çəkəcək.
Şəhərdə humanitar böhran fəlakət həddinə çatıb. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ötən ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar səbəbindən Mosulun 1 milyon 34 min sakini məcburi köçkünə çevrilib. Onların 821 min nəfərindən çoxu hələ də evlərinə qayıda bilmir. (AzərTAc)