Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
20:07 | 15 iyul 2017 | Şənbə
Məqaləyə 2757 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
«İkitərəfli münasibətlərimizə və təməl dəyərlərə uyğun olmayan şəkildə Türkiyənin dostluğuna xəyanət etməyin heç bir izahı yoxdur». APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümü ilə bağlı «The Guardian» qəzetində dərc olunan məqaləsində yazıb.
Ərdoğan qeyd edib ki, hərbi çevrilişə cəhddən bir il sonra Türkiyə demokratik dəyərlərinə sahib çıxıb: «Bir il əvvəl milyonlarla vətəndaş siyasi və mədəni ayrı-seçkiliyi bir kənara qoyaraq, Konstitusiyanı dəyişməyə çalışan, günahsız insanlara atəş açan və parlamenti bombalayanlara qarşı dirəniş göstərdi. Türk xalqı bir olub silahlı qrupun demokratiyaya, suverenliyə və yaşayış tərzinə təsir göstərməsinə mane oldu. Hərbi çevrilişin qarşısının alınması həm də demokratiya tarixində dönüş nöqtəsidir».
Türkiyə prezidenti bildirib ki, Qərb liderləri terrorçularla əlbir olmaq, ya da türk xalqının inamını yenidən qazanmaq arasında seçim etməlidir: «Qərb ölkələrinin ikiüzlülüyü və ikili standartları azadlıq üçün ayağa qalxan türk millətini həddən artıq narahat edib. Hökumətimizin hərbi çevriliş təşəbbüsünü dəstəkləyən Fətullah Gülən və müridlərini ədalətə təslim etmə cəhdləri yalnız Türkiyə üçün deyil, dünyanın hər yerindəki demokratlar üçün önəmlidir».