İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
10:29 | 14 avqust 2017 | Bazar ertəsi
Məqaləyə 3117 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Küveytdə İrana və Livan «Hizbullah»ına casusluqda günahlandırılan «Əl-Əbdüli» radikal şiə şəbəkəsinin daha 12 üzvü yaxalanıb. Bu barədə Küveyt Daxili İşlər Nazirliyi avqustun 12-də bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Küveyt təhlükəsizlik qüvvələri bir neçə həftə axtarışdan sonra İrana casusluqda günahlandırılan «Əl-Əbdüli» qruplaşmasının 12 üzvünün kimliyini müəyyənlədirdikdən sonra onları tutub: «Üzvlərinin çoxu İranda hərbi təlim keçmiş şəbəkə üzvlərindən çoxlu silah-sursat, partlayıcı maddələr və hərbi avadanlıqlar aşkarlanaraq götürülüb. «Əl-Əbdüli» radikal şiə qruplaşmasının yaxalanan üzvləri, Küveytin bir sıra həssas dövlət qurumları barədə məlumat toplayaraq İrana və Livan «Hizbullah»ına ötürürmüşlər. Onlar həm də Küveytdə və körfəzin bir sıra ölkələrində teraktlar həyata keçirməyi planlaşdırsalar da, onların həmin planlarının qarşısı vaxtında alınıb».
Xatırladaq ki, İrana bağlı radikal şiə «Əl-Əbdüli» casusluq şəbəkəsi və onun ölkəyə qarşı gizli fəaliyyəti, 2015-ci ildə Küveyt təhlükəsizlik qüvvələrinin paytaxtın yaxınlığında keçirdiyi əməliyyatlarda ifşa edilərək qarşısı alınmışdı. Əməliyyatlar nəticəsində qruplaşmanın 20-dən çox üzvü yaxalanmış və onlardan külli miqdarda silah-sursat və partlayıcı maddələr aşkarlanaraq götürülmüşdü.
Küveyt Ali Məhkəməsi, «Sepah»a casusluqda günahlandırılan həmin şəxsləri uzunmüddətli həbsə məhkum etsə də, 2017-ci il, iyulun 17-də onların bir sürət qayığına minərək dəniz yolu ilə İrana qaçdığı barədə məlumat yayılmışdı.
Bunun ardınca, İranın ölkəsinin daxili işlərinə qarışmasına etiraz bildirən Küveyt informasiya naziri, iyulun 20-də bəyanat yayaraq İranın bu ölkədəki səfirliyinin 15 diplomatının ölkədən qovulması və onlara ölkəni tərk etmələri üçün 45 gün vaxt verildiyi barədə məlumat yaymışdı.
Qeyd edək ki, Küveyt əhalisinin üçdə birini şiələr təşkil edir.