vaxtlı-vaxtında oxuyun! Bazar, 1 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QALMAQAL  
Elçibəyin qardaşı da qəzəbləndi 11:53 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elçibəyin qardaşı da qəzəbləndi

«İşləri yoxdur, getsinlər özlərinə iş tapsınlar»

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddət öncə Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan AXCP və Müsavat Partiyasının funksionerlərini Elçibəyin adından istifadə etməməyə çağırmışdı. O, siyasi partiyalara öz işlərindən ötrü atasının adının hallandırılmasına qadağa qoymuşdu. Bütün bu qadağalara baxmayaraq, hələ də siyasi partiya funksionerləri mərhum prezidentin adını hallandırmaqda davam edirlər.

«Hələ ki, başım qarışıqdı, özün bu işlə məşğul olacağam». 
Modern.az-a açıqlama verən Almurad Əliyev belə deyib. Qardaşının ruhunun narahat edilməsini istəmədiyini deyən Almurad Əliyev özü bu işlə məşğul olacağını söyləyib:
«Ərturqut düz deyir. Təbii ki, bu məsələni belə qoymayacağam. İndi başım bəzi işlərə qarışıqdı. Başım açılan kimi bunun arxasınca düşəcəm. İşləri yoxdur, getsinlər özlərinə iş tapsınlar».
Xatırladaq ki, Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP ilə bu partiya arasında başlayan qalmaqal səngimək bilmir. Tərəflər bir-birini qarşılıqlı ittiham edir və arqumentlərini bəzən keçmiş mərhum  prezident Əbülfəz Elçibəy üzərində irəli sürürlər. Bu qalmaqalın iştirakçıları vaxtilə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində  Əbülfəz Elçibəy əleyhinə dərc edilən yazıları da üzə çıxarıb sosial şəbəkələrdə yayırlar.