
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Hadi Qaraçayın sözlərinə görə İran Azərbaycanında türk dilində yazıb oxumaq kütləviləşsə də, sistemli şəkildə toplum daxilində oturuşmayıb. Güneyli şair və fəal «Amerikanın Səsi» ilə söhbətdə türk dili ilə bağlı kampaniyalar, o cümlədən, İran dövlətinə yönləndirilən ana dilində təhsil tələbini dəyərləndirib.
«İçəridə dil baxımından sistemli əritmə siyasəti yürüdüldüyü üçün, mən orada həyata keçirilən hər bir hərəkəti birmənalı olaraq müsbət dəyərləndirirəm. Orada olan hər hansı hərəkət dirəniş, dayanışma, yoldaşlıq və birlikdə olma mühiti yaradırsa dəyərlidir və ona qiymət verməliyik», Hadi Qaraçay deyir.
Norveçdə yaşayan fəal ölkə daxilində fəaliyyət göstərən fəalların kampaniyalar təşkil edib İran dövlətindən ana dilində təhsil haqqını tələb etmələrini doğru və gərəkli bir hərəkət kimi dəyərləndirir. Ancaq o, ölkə xaricində qərargahlanan siyasi təşkilatların oxşar fəaliyyətlərinə fərqli yanaşır.
«İçəridə bizim siyasi təşkilatımız yoxdur. Orada olanlar əsasən milli-mədəni fəallar ya fərdi fəaliyyət edən siyasi fəallardır. Onların dövlətə səslənməsində heç bir yanlışlıq görmürəm. Dövlət rəsmilərinə tələb irəli sürmək o fəalların vəzifəsidir və onlar da o vəzifəni yerinə yetirirlər», deyə Qaraçay söyləyir.
Onun dediklərinə görə, «dövlətə səslənmək bir tərəfdən də xalq üzərində təsir göstərir və onlara öz hüquqlarını tanıtdırır. Belə bir atmosfer yaradır ki, dövlətdən tələb etmək olar və biz bu haqlarımızı dövlətdən istəyə bilərik».
Güneyli şair əlavə edir, «amma bir siyasi təşkilatın dövlətə səslənməsinin gərəyi, o dövləti rəsmiyyətə tanımasıdır. Ölkə xaricində fəaliyyət göstərən təşkilatlar dövləti tanımadıqları halda necə o dövlətə müraciət edirlər? Mən bu ziddiyyəti başa düşmürəm».
İran Azərbaycanında əhalini türk dilində yazıb oxumağa təşviq edən kampaniyaların getdikcə inkişaf etdiyini ifadə edən Qaraçay bu istiqamətdə gözləntilərin məhdud olduğunu bəyan edir.
«Bizim gözləntimiz belə olmamalıdır ki, əhali qısa müddətdə bizim dediklərimizi mənimsəyib qəbul etsin və onları həyata keçirsin. Bu olmaz. Türk dilində yazıb oxumaq aydınlar, ziyalılar habelə dillə, tarixlə, ədəbiyyatla və kimliklə əlaqələnən insanların arasında yayılır. Bir az da kütləviləşib, amma hələ sistem olaraq toplumun içinə yeridilməyib», güneyli şair əlavə edir.