
Gələcəyin yolu
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
İranın dini lideri Əli Xameneinin azərbaycanlı qadına övladına türkcə öyrətməsi ilə bağlı tövsiyəsi azərbaycanlı internet istifadəçiləri arasında geniş şəkildə müzakirə olunur. Bu barədə Əli Xameneinin ofisinin idarə etdiyi «Telegram» kanalı tərəfindən Video yayımlanıb.
Video 2016-cı il dekabrın 6-da dini liderlə iranlı şəhid ailələrinin görüşü zamanı qeydə alınıb. Videoda şəhid övladının gətirdiyi məktuba baxan və uşaqla söhbət edən Ə.Xamenei uşaqdan Azərbaycan türkcəsində «sən türksən, ya farssan», deyə soruşur. Uşağın anası türkcə başa düşdüyünü, ancaq danışa bilmədiyini deyir. Bundan sonra Ə.Xamenei uşağın anasına müraciət edərək uşaqların küçədə, məktəbdə farsca öyrəndiyini, buna görə də onlara evdə türkcə öyrətməyin vacibliyini, bununla da iki dil biləcəklərini deyir.
İranın dini liderinin bu tövsiyəsi əhali tərəfindən birmənalı qarşılanmır. Bir sıra azərbaycanlı internet istifadəçiləri on milyonlarla türkün mövcudluğunun inkar edildiyi İranda belə bir çıxışın olmasını müsbət qiymətləndirir. Onlar bildirir ki, bu vəziyyətdən istifadə edərək ölkədə türk kimliyinin canlandırılması uğrunda müəyyən addımlar atmaq mümkün olacaq.
Bəziləri isə düşünür ki, islahatçılar türk dilinin tədris olunacağı, türk dili və ədəbiyyatı mədəniyyət evinin təsis ediləcəyi ilə bağlı şüar verərək bir çox azərbaycanlının səsini qazanmağa nail oldular, indi isə mühafizəkar düşərgə həmin üsuldan istifadə edərək Azərbaycan camiəsinə təsir etmək istəyir.
İnternet istifadəçilərinin bəziləri isə bildirir ki, Xamenei dəqiq olaraq qudası Qulaməli Həddad Adil kimi düşünür və demək istəyir ki, uşaqların evdə türkcə öyrənməsi yetər, onların ana dilinin məktəblərdə tədris olunmasına ehtiyac yoxdur. Bundan öncə İranın rejiminin ideoloqlarından sayılan Q.Həddad Adil türk dilinin tədrisi ilə bağlı eyni sözləri demişdir.
Xameneinin bu tövsiyəsi ilə bağlı başqa təhlillərdə var. Bəziləri bildirir ki, İran əldə olunan nüvə razılaşmasının təhlükədə olduğunu hiss edərək özünü müharibə kimi çətin günlərə hazırlayır və ona görə də Azərbaycan türk millətini bir daha meydana çəkmək və onlardan istifadə etməyə çalışır.
Kimin təhlilinin doğru və ya yanlış olduğunu təbii ki, zaman göstərəcək. Lakin fakt odur ki, bu günə qədər Ə.Xamenei türk dilində təhsil almaq, hətta onun məktəblərdə tədrisi ilə bağlı heç bir müsbət söz söyməyib. O həmdə konstitusiyada qeyri-fars millətlərinin dilinin tədrisi ilə bağlı olan 15-ci maddənin icrasına qadağa qoyan şəxsiyyətlərdən biri kimi tanınır.