
Eyfelə hücum planı
İki nəfər həbs edildi
İki nəfər həbs edildi
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Hələbdəki sığınacaqlarda silahlar və bombalar ələ keçirilib
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
ABŞ ordusu Somalidə terrorçuların mağarasını bombaladı
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
ABŞ-da yerləşən beyin mərkəzi olan «Soufan Center»ə görə, İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının ən az 5600 xarici döyüşçüsü Suriya və İraqdan ölkələrinə geri qayıdıb.
Onlar arasında Türkiyəyə qayıdan təxminən 900 nəfər var və Türkiyə bu kateqoriyada ilk sırada yer alır.
«Soufan Center»in «Xilafətdən sonra: Xarici Döyüşçülər və Geri Qayıdanların Yaratdığı Təhdid» adlı son hesabatında, Türkiyəyə qayıdan 7240 nəfərin İŞİD və ya Əl-Qaidə üzvü şübhəsi ilə nəzarətə alındığı, ya da həbs olunduğu göstərilib.
Hesabatda təqribən 900 Türkiyə vətəndaşının da problemsiz geri dönə bildiyi qeyd olunub. Məlumatın mənbəyi isə Türkiyə Xarici İşlər Nazirliyidir.
33 ölkədən İŞİD-ə qoşulan cihadçıların nəzərdən keçirildiyi hesabata əsasən, Türkiyə İŞİD ən çox vətəndaşı qoşulan ölkələr arasında yeddinci yeri tutur.
Siyahının başında Rusiya, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və Tunis gəlir.
İngiltərədən müharibəyə qoşulan 850 nəfərin yarısının da geri qayıtdığı bildirilir.
Hesabata görə, ölkələrinə qayıdan döyüşçülərin bir qismi həbs edildiyi halda, qalanları yoxa çıxır. Bu da gələcək üçün ciddi təhlükəsizlik riskləri yaradır.
«Soufan Center»ə görə, bir çox ölkənin İŞİDƏ qarşı əməliyyata başlaması nəticəsində, 2015-ci ilin sonunda demək olar ki, qrupa qoşulanların sayı dayandı.
İŞİD-in Suriyanın Raqqa şəhəri kimi mühüm şəhərlərinin geri alınmasından sonra tapılan sənədlər qruplaşmaya qoşulan 40 mindən artıq xarici döyüşçüdən 19 mininin adlarını öyrənməyə kömək olub.
Bu şəxslər qrupa 110 fərqli ölkədən qoşulublar.
«İŞİD rəhbərliyi ölkəsinə qayıdan döyüşçülərdən istifadə edə bilər»
Hesabatda, İŞİD-in ərazi itirməsinə baxmayaraq, qruplaşma rəhbərliyinin ölkələrinə qayıdan döyüşçülərdən uzun müddət yararlana biləcəyi deyilir.
«Həmin şəxslər silahdaşlarının çağırışlarını yerinə yetirməyə meylli olacaqlar».
«Soufan Center» əksər ölkələrin, İŞİD idarəsindəki ərazilərdən qayıdan və aralarında qadın və uşaqların da olduğu insanlarla necə başa çıxacağı, onları cəmiyyətə necə inteqrasiya etdirə biləcəyi ilə bağlı çətinlik çəkdiyini bildirir.
Hesabatda İŞİD-in Türkiyədə 2017-ci ilin iyuluna qədər 14 hücum həyata keçirdiyi və təkcə 2016-cı ildə 22 hücumun qarşısının alındığı göstərilib.