
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Milad Balisini deyir ki, keçmişdə də bəzi universitetlərdə türk dili seçimli kurs formasında tədris olunub, amma sonra bu praktika dayandırılıb. Onun fikrincə indiki vəziyyət fərqlidir. «İndi dayandırsalar, bunun səsi tez çıxar», o, hesab edir.
Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan tələbə fəal son vaxtlar dil hüquqlarının gündəmə gəlməsinə zəmin yaradan siyasi atmosferi şərh edib və İran Azərbaycanının bir neçə universitetində türk dili və ədəbiyyatının tədrisi ilə bağlı məlumat verib.
Keçən günlərdə Şərqi Azərbaycanda Əhər məhkəməsi fevral 2014 Dünya Ana Dili Günündə Əhər şəhərində keçirilən tədbirlə əlaqədar mühakimə edilən 22 fəala bəraət hökmü verib.
Milad Balisini məhkəmənin bu qərarının son vaxtlar türk dilinin tədrisi tələbinin daha geniş və güclü bir şəkildə ortaya qoyulması ilə əlaqədar ola biləcəyini deyir.
Tələbə fəal türk dil və ədəbiyyatının Təbriz, Urmiya və Marağa universitetlərində tədris edilməsinin də bu tələblərin genişlənməsinin nəticəsi kimi dəyərləndirir.
Balisinin verdiyi məlumata əsasən, hazırda Təbriz Universitetində fəaliyyətə başlamış türk dil və ədəbiyyatı bölümündən əlavə, türk dili 2 kredit seçimli kurs olaraq Urmiya və Marağa universitetlərində də tədris olunur.
«Mən Urmiya və Marağa universitetlərində bu «Fitilə» proqramından sonrakı etirazlar zamanında gündəmə gəldi. Bu etirazlarda tələbələrin istəyi bu idi ki bizim dilimiz tədris olunsun. Yəni bu tələbələrin istəkləri ilə ortaya qoyuldu», Marağa Universitetinin tələbəsi əlavə edir.
«Yeni bir dönəm başlamış, amma yeni dönəmdən danışanda bu istəklər və etirazların nəticəsidir. Dövlət bunu istəyərək verməyib», deyə Milad Balisini artıq durumun keçmişdən fərqləndiyini ifadə edir.
Onun dediklərinə görə, «keçmişdə də bəzi universitetlərdə türkcə seçməli kurs olaraq tədris olunub amma sonra dayandırılıb. İndi [durum] fərqlidir. Bir misal deyim. Türk dili kursu keçən dönəm Marağa Universitetində var idi. Amma məsullar bu dönəm bir az soyuq baxırdılar məsələyə. Tələbələr kəskin etiraz bildirdi və məsullar baxdı ki bu kursu dayandıra bilməzlər... Keçmişdə kəskin etiraz olmadığı üçün dayandırırdılar. Əvvəllər bunun səslənməsi çox çəkirdi. Amma indi sosial medianın güclənməsi ilə olayların səsi daha tez çıxır».