“Gözə göz, dişə diş”
İran Səudiyyə Ərəbistanını hədələdi
21:27 | 9 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2049 dəfə baxılıb
Şriftin ölçüsü
İran Səudiyyə Ərəbistanını hədələdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Ankara–İslamabad xətti...
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Orta Şərqin təmtəraq nümayişi
Livan hökuməti terror təşkilatını tərksilah edə bilmir
Dünyanın ən böyük tikinti sahəsində işlər davam edir
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Silahlı qarşıdurma arxa plana keçəcəkmi?
Livan terror təşkilatı ilə tam bacara bilmir
Cümə axşamı Səudiyyə Ərəbistanı vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb. Səudiyyənin xarici işlər naziri, həmçinin səudiyyəlilərə heç bir ölkədən Livana səyahət etməməyə tövsiyə edib. Bu çağırış şənbə günü Livanın Baş naziri Saad Haririnin Səudiyyə Ərəbistanından video bəyanatla verdiyi istefasından sonra iki ölkə arasında yaranan gərginliyi daha da yüksəldib.
Cənab Haririnin öz siyasi fraksiyası, «Gələcək Hərəkatı» bildirib ki, hakimiyyət sistemini təmin etmək üçün onun Səudiyyə Ərəbistanından Livana dönüşü lazımdır.
Livanın xarici işlər naziri isə Səudiyyə Ərəbistanını hədəfə alaraq «Twitter»də yazıb ki, livanlıları kimin təmsil edəcəyi livanlıların özlərindən asılıdır.
Bir çox livanlı Səudiyyə Ərəbistanının cənab Haririyə təzyiq edərək onu istefa verməyə məcbur etdiyini düşünürlər.
Bu isə Livanı regionda Səudiyyə Ərəbistanı və İran arasında qızğınlaşan mübarizənin mərkəzinə çevirə bilər.
Şənbə günü Səudiyyə Ərəbistanının paytaxtı, Riyad yaxınlığında bir ballistik raket vurularaq yerə salınıb.
Husi yönümlü media qiyamçıların «Burkan H2» ballistik raketini Yəmən sərhədindən 850 kilometr uzaqlıqda və Riyadın 11 kilometr şimal-şərqində yerləşən Kral Xalid Beynəlxalq Aeroportunu hədəfə aldığını deyib.
Səudiyyə Ərəbistanının raket müdafiə sistemləri husi raketini göydə vurub, lakin məhv edilmiş raketin bəzi hissələri aeroportun ərazisinə düşüb.
Bazar ertəsi günü, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr CNN-ə deyib ki, Yəməndəki raketi Livanın «Hizbullah hərəkatı buraxıb.
O, raketin iyul ayında Səudiyyənin Məkkə şəhəri yaxınlığında vurulan raketə bənzədiyini və İranda istehsal olunduğunu iddia edib. O, bu raketin hissə-hissə gizli şəkildə Yəmənə aparıldığını və «Hizbullah» və «İran İnqilab keşikçiləri Ordusunun əməliyyatçıları» tərəfindən bir daha quraşdırıldığını deyib.
Çərşənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, İranı Yəmənin husi qiyamçılarına raketlər verərək ölkəsinə «birbaşa hərbi təcavüz etməkdə» ittiham edib.
İran, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən Yəməndə vuruşduğu husi qiyamçılarını silahlarla təmin etdiyi ittihamlarını rədd edir.