
Lukaşenkodan Trampa jest
Belarusda 52 məhkum əfv edildi
Belarusda 52 məhkum əfv edildi
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
İsrailli nazir Xameneyiyə sui-qəsd hədəsini təkrarladı
ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı elan etdi və ölkəsinin səfirliyinin Tel-Əvivdən bu müqəddəs şəhərə köçürülməsinə göstəriş verdi. Səfirliyin köçürülməsi prosesi 6 aya yaxın vaxt alacaq, amma bu müddət Yaxın Şərqdə yeni zorakılıq dalğasının başlanmasına kifayət edib.
ABŞ Konqresi hələ 1995-ci ildə ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş vermişdi. Lakin hər yeni seçilən prezident bu qərara 6 aydan bir veto qoyurdu. ABŞ prezidentləri bu qərarı ərəb monarxiyalarını qıcıqlandırmamaq üçün atırdılar. Belə ki, Qüdsün qərbi İsrailin nəzarəti altında olsa da, şərq hissəsinə Fələstin iddialıdır.
Bütün bu amillərə baxmayaraq, Tramp öz qərarının mövcud reallığı tanımaq üçün atdığını deyib. Ağ Ev sahibi 1995-ci ildə qəbul edilmiş qərarın münaqişəsinin sülh yolu ilə həllinə də dəstək olmadığını xatırladıb.
Qüdsdə həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs olan dini abidlərə var. İki Dünya Müharibəsi arasındakı dövrdə Qüds Britaniya mandatı altında idi. XX əsrin əvvəllərində Fələstin ərazilərinə Yaxın Şərqdən, Şərqi Avropadan. Şimali Afrikadan və ABŞ-dan 100 min yəhudi köç etmişdi. Britaniya gələcəkdə bu ərazilərdə yəhudilərin milli dövlətinin yaradılmasına ümidli idilər. Lakin yerli ərəblər yəhudilərin sayının kəskin artmasına etiraz edərək üsyanlar təşkil etmişdi. Məhz bu dövrdə ilk yəhudi özünümüdafiə dəstələri də yaradılmışdı.
Üsyanlara görə, Britaniya hakimiyyəti ilki vaxtlarda yəhudilərin miqrasiyasını məhdudlaşdırmalı oldu. Yəhudilərin yaşamalı olduğu ərazilərin bir hissəsində isə Transiordaniya (müasir İordaniya) yaradılmışdı. Sonralar miqrasiya yenidən davam etdi. İkinci Dünya Müharibəsinə qədər Qüds əsasən, yəhudilərin yaşadığı şəhər idi.
1947-ci ildə regionda gərginlik öz zirvəsinə çatdı və rəsmi London mövcud ərazidə yəhudi və ərəb dövlətlərinin yaradılması iqtidarında olmadığı üçün öz mandatından imtina etdi.
1947-ci ilin noyabrında BMT Baş Assambleyası Qüdsün beynəlxalq nəzarətə verilməsi barədə 181 nömrəli qətnamə qəbul etdi. Beləliklə, Qüds heç bir ölkənin paytaxtı elan oluna bilməzdi. Bu səbəbdən dünya ölkələri öz diplomatik missiyalarını Qüdsdə deyil. Ölkənin biznes mərkəzi olan Tel-Əvivdə yerləşdirib.
İsrail 1948-ci il mayın 14-də yarandı. Növbəti gün ardıcıl 5 ölkə - Suriya, Misir, Livan, İraq və Transiordaniya öz qonşularına müharibə elan edərək ilk ərəb-yəhudi savaşına səbəb oldular.
Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin əsas mübahisəli məqamlarından sayılır. İlk müharibə zamanı Qüds iki yerə bölünmüşdüsə, 1967-ci ildə baş verən ikinci müharibə zamanı İsrail Şərqi Qüdsü də nəzarətə götürdü.
1980-ci ildə İsrailin Qdüsü öz pauytı elan etməsinə cavab olaraq, İsrail Təhlükəsizlik Şurası 478 nömrəli qətnamə qəbul edərək bu ölkəni beynəlxalq normaları pozmaqda ittiham etmişdi. Həmin vaxt ABŞ səsvermədə iştirakdan vaz keçmişdi.
Tramp öz nitqində planını gerçəkləşdirəcəyi tarixi açıqlamayıb. Bir şey dəqiqdir ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyi yaxın vaxtlarda Qüdsdə qalacaq. Bunun üçün ilk növbədə Qdüsdə amerikalı diplomatlar üçün bina inşa olunmalı, torpaq alqı-satqısı ilə bağlı mürəkkəb razılaşmalar imzlalanmalıdı.
Maraqlıdır ki, hələ 1989-cu ildə ABŞ Qərbi Qüdsdəki «Baraki Allenbi» məhəlləsində səfirlik üçün torpaq sahəsi almışdı. 99 illik icarəyə götürülən əraziyə görə hər il Vaşinqton 1 dollar ödəməli idi. Amma səfirlik bu günə qədər inşa olunmayıb.
Merilend Universitetinin sosioloji araşdırmalar mərkəzinin keçirdiyi rəy sorğularına görə, amerikalıların 65 faizi paytaxtın köçürülməsinə qarşıdır. Bununla belə, 9 faiz amerikalı səfirliyin Qüdsdə yerləşməsini dəstəkləyir.
ABŞ-ın birtərəfli addımına qarşı Almaniya, Fransa, Böyük Britaniya və Rusiya qarşı çıxıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Ölkələri Liqası buna sərt reaksiya verib.
Vüqar İSMAYILOV