İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
13:19 | 11 fevral 2018 | Bazar
Məqaləyə 1718 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail mediası fevralın 10-na keçən gecə və səhər saatlarında Suriya ərazisinə edilmiş irimiqyaslı hava hücumlarının bəzi təfərrüatlarını yayıb. Virtualaz.org xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin 113-cü eskadrilyasının komandiri, polkovnik-leytenantı L. fevralın 10-da səhər saatlarında «Apachi» vertolyotunun şturvalı arxasında idi və mərkəzdən gələn komanda əsasında ölkənin hava sahəsinə daxil olmuş İran pilotsuz təyyarəsini «hava-hava» tipli raketlə vurub. Bundan əvvəl təyyarənin «Barak-8» zenit-raket sistemi ilə vurulduğuna dair xəbərlər yayılmışdı.
«Biz uçan aparatı İran pilotsuz təyyarəsi kimi identifikasiya etdik və sərhədi keçəndə onu vurduq», - polkovnik-leytenant İsrail TV-lərinə bildirib.
İsrail müdafiə ordusunun mətbuat xidməti tərəfindən yayılmış məlumatda mərkəzdən gələn əmrə uyğun olaraq pilotun hədəfi müəyyən edib ona dəqiq zərbə endirdiyinə dair səs yazısı əks olunur. «Eskadrilya qarşıya qoyulmuş istənilən vəzifənin yerinə yetirilməsinə hazırdır», - polkovnik-leytenant bildirib.
İran dronunun ölkənin hava sahəsinə daxil olmasına cavab olaraq İsrail aviasiyası 8 «F-16» qırıcısının iştirakı ilə Suriya ərazisinin dərinliklərində, Palmira yaxınlığında yerləşən «T-4» aviabazasına güclü zərbələr endirib. Hava hücumu zamanı Suriya Hərbi Hava Qüvvələri böyük ehtimalla «Buk» raketi ilə İsrail təyyarələrini vurmağa çalışıb. Bu zaman raketlərdən biri «F-16» qırıcısının yaxınlığında partlayıb və qəlpələr təyyarəni zədələyib. Pilotlar təyyarəni İsrail ərazisinə qədər geri qaytarmağa nail olub və katapult ediblər.
Hava hücumu zamanı «T-4» aviabazasında mənzillənmiş İran pilotsuz təyyarələri, «Hizbullah»ın istifadə etdiyi bir neçə bina və şəxsi heyət məhv edilib. Bazada habelə Rusiya hərbi texnikası da vurulub. «T-4» müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bildirilir ki, İran üçün Suriya ərazisinin dərinliklərində yerləşən «T-4» bazasının vurulması gözlənilməz olub.
Ötən gün axşam Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Benyamin Netanyahuya zəng vuraraq onu regionda «onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməməyə» çağırıb. Netanyahu cavab verib ki, İsrailin özünümüdafiə hüququ var və bundan sonra da Suriyadan edilən hücumlara qarşı sərt tədbirlər görüləcək. Tərəflər gələcəkdə yarana biləcək belə situasiyalar zamanı koordinasiya içərisində hərəkət etməyə anlaşıblar.