Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
20:38 | 20 fevral 2018 | Çərşənbə axşamı
Məqaləyə 2821 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Bu gün axşam saatlarında Suriyada Bəşər Əsəd rejimini müdafiə edən və İrana bağlı şiə silahlı qruplaşmaları Türkiyə ordusunun mühasirəyə almağa çalışdığı Afrinə daxil olub. «Reuters» agentliyi «Hizbullah»ın telekanalına istinadən şiə yaraqlılarının YPG kürd qruplaşmasının nəzarət-buraxılış məntəqəsindən keçərək Afrinə daxil olmasına dair görüntüləri yayıb. Görüntülərə əsaən şiə yaraqlıları əsasən yüngül silahlarla silahlanıb və «pikap» tipli avtomobillərdə hərəkət edir, lakin onları bir neçə zirehli texnika və artilleriya qurğusu da dəstəkləyir.
Ötən gün Suriya dövlət televiziyası kürdlərlə əldə edilmiş anlaşma çərçivəsində Suriya ordusunun «yaxın bir neçə saata» Afrinə daxil olacağını xəbər vermişdi. Bu xəbər Türkiyənin xəbərdarlıqlarına səbəb olub. Prezident Ərdoğan bəyan edib ki, əgər Suriya ordusu Afrini PKK-çılardan təmizləmək üçün girirsə problem yoxdur. Lakin PKK-nı qorumaq üçün göndərilirsə Türkiyə ordusunun hədəfinə çevriləcək. Habelə Ərdoğan Rusiya və İran prezidentləri ilə telefon danışıqları apararaq Suriya ordusunun Afrinə girməsinin «konkret nəticələrə səbəb olacağını» çatdırıb.
Suriya ordusunun ötən gün Afrinə daxil olması baş verməyib. Və Ankarada kürdlərlə Dəməşq rejimi arasında anlaşma xəbərlərinə təzəcə şübhə etməyə başlamışdılar ki, nizami ordu deyil, Əsədi dəstəkləyən şiə qüvvələrinin Afrinə daxil olduğu xəbəri yayılıb. Xəbərlərə görə Türkiyə aviasiyası şiə qüvvələrinin hərəkət etdiyi istiqamətlərə zərbələr endirib və nəticədə «Hizbullah» birləşmələri geri çəkilib.
Türkiyə ordusu bir aydır ki, Afrini PKK-ya bağlı YPG/PYD qüvvələrindən təmizləmək üçün hərbi əməliyyatlar aparır. Son məlumatlara görə Afrində küçə döyüşləri aparmaq üçün Türkiyə ordusunun əlavə qüvvələri səfərbər edilir.