Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
12:08 | 21 fevral 2018 | Çərşənbə
Məqaləyə 2420 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında çıxış etmiş Fələstin lideri Mahmud Abbası sülhdən yayınmaqda və terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.
Qeyd edək ki, Nyu-Yorkda səfərdə olan M.Abbas İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə yeni çoxtərəfli mexanizmin yaradılması üçün beynəlxalq konfransın çağırılmasını tələb edib.
«Abbas yeni heç bir şey demədi. O, sülhdən qaçmaqda və terrorçulara və onların ailələrinə ildə 147 milyon dollar ödəməkdə davam edir», - deyə B.Netanyahunun bəyanatında bildirilir.
İsrail tərəfinin iddiasına əsasən, İsrail vətəndaşlarına qarşı törətdikləri hücumlara görə öldürülən, yaralanan və həbs edilən fələstinlilərin ailələrinə hər il ödənilən vəsaitlər Fələstin Milli Administrasiyasının illik büdcəsinin 7 faizini təşkil edir.
Fələstinlilər isə 35 min ailə arasında paylaşdırılan bu vəsaitləri işğal qurbanlarına yardım adlandırırlar. İsrail və ABŞ hesab edirlər ki, Fələstin administrasiyası bununla terrora bəraət qazandırır və davam etdirilməsini stimullaşdırır. (APA)