Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
21:25 | 2 mart 2018 | Cümə
Məqaləyə 2137 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Türkiyədə ötən ilin avqustunda itkin düşən şəxsin öz qardaşı oğlu tərəfindən öldürüldüyü, qatilin isə hadisədən sonra qeyri-leqal yollarla Azərbaycana keçib bir müddət qaldığı məlum olub. Qatil daha sonra qeyri-leqal yolla Türkiyəyə qayıdıb və İstanbulda yaxalanıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada Əbubəkr K.-nın əslində il yarım öncə qardaşı oğlu Abdullah K. tərəfindən silahla qətlə yetirilidiyi və basdırıldığı üzə çıxıb.
İstanbulda saxlanılan, törətdiyu cinayət etiraf edən Abdullah ilkin ifadəsində 150 min lirə borcu olduğu əmisini «ya borcunu ver, ya da arvadını» dediyinə görə öldürdüyünü söyləyib. Həmçinin qanlar içində yerdə can verən əmisinin ona «uşaqlarım sənə əmanət, onlara yaxşı bax» dediyini də açıqlayıb.
Məlumata görə 17 avqust 2016-cı ildə Canan K. Adlı Konya sakini polisə gedərək həyat yoldaşı Əbubəkrin itkin düşməsi barədə məlumat verib. Polis əməkdaşlarının araşdırmaları nəticəsində ailəli, iki uşaq atası Əbubəkrin qətlə yetirilməsi ehtimalı meydana çıxıb. Təhqiqat zamanı məlum olub ki, Əbubəkr sonuncu dəfə ortağı və qardaşı oğlu Abdullah K. ilə görüşmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra polislər araşdırıblar ki, əmisinin «itkin düşməsindən» sonra Abdullah K. qaçaq yollarla Azərbaycana keçib və 8 ay orada qalıb. Həmçinin biri imam nikahlı olmaqla iki arvadı və bir övladı olan Abdullahın ailəsinə baş çəkməməsi də polis əməkdaşlarının diqqətindən yayınmayıb. Yalnız 8 ay öncə onun qaçaq yollarla Türkiyəyə qayıtdığı müəyyən edilib. Cinayət işi üzrə aparılan istintaq araşdırmaları zamanı Abdullah K.-nın öncə Yalovadakı fabrikdə işlədiyi, sonra isə başqa iş üçün İstanbula getdiyi aşkarlanıb. Polis əməkdaşları onu səhər saatlarında Alibəyköy küçəsindəki evdə yaxalayıblar.
İstanbuldan Konyaya aparılan Abdullah K. əmisini öldürüb basdırdığı yeri polislərə göstərib. Qazıntılar zamanı basdırılan yerdən Əbubəkrin sümükləri tapılıb.
Əmisini qətlə yetirdiyini etiraf edən Abdullah K. ilkin ifadəsində «Əmimə 150 min borcum vardı. Ona zəng vurub Antalyada şirkətin yaxşı qazanclı dizayn işi sifarişi aldığını, işlə bağlı görüşmək istədiyimi, yaxşı pul qazana biləcəyimizi dedim. Əmimi evindən gedib götürdüm. Mobil telefonunu özüylə gətirməməsini xahiş etdim. Birlikdə hadisə yerinə gəldik. Orada əmimlə borc məsələsinə görə mübahisə etdik, mənə «ya pulu ver, ya da arvadını» dedi və buna görə dava etdik. Dava zamanı silahı çəkib əvvəlcə onun ayaqlarından vurdum. Sonrasa başından atəş açdım. Alt paltarında basdırdım. Üst paltarlarını isə yandırdım».
Abdullah K. ifadəsində deyib ki, əmisini ayaqlarından güllələyəndən sonra o, yerə yıxılıb. «Yerdə can verərkən gözlərimin içinə baxıb dedi ki, uşaqlarım sənə əmanət, onlara yaxşı bax» dedi», - o ifadəsində bildirib.
«Əmimi basdırdıqdan bir neçə gün sonra oraya getdim. Ətrafda çoxlu sahibsiz itlər vardı. Cəsədi çıxararlar deyə heyvan sümükləri atdım və bir maşın torpaq tökdüm. Əmimi basdırdığım yer evimdən bir kilometr uzaqdaydı. Azərbaycana gedənə qədər tez-tez ziyarətinə gələrdim, dua edib ağlardım».
Abdullah K. polisdə ifadə verdikdən sonra məhkəməyə göndəriləcək.