İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:02 | 10 may 2018 | Cümə axşamı
Məqaləyə 1778 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail İranla sonrakı eskalasiyada maraqlı deyil, lakin hadisələrin istənilən inkişafına da hazırdır. Bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus və müdafiə naziri Aviqdor Liberman bəyan ediblər.
“İsrail münaqişənin sonrakı eskalasiyasında maraqlı deyil və İranı zərbələrdən çəkinməyə çağırır”-Konrikus bildirib.
Liberman isə ümid etdiyini deyib ki, İranla münaqişə bununla yekunlaşacaq. “Mən ümid edirəm ki, biz bu səhifəni bağladıq, hər kəs eyhamı başa düşdü. İranda başa düşməlidilər ki, əgər bizdə yağış yağsa onları sel basacaq”.
***
10:24
“İranın Suriyadakı bütün infrastrukturunu bombaladıq və ümid edirəm ki, bu hissə başa çatıb”.
Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.
Onun sözlərinə görə, İranın atdığı heç bir raketi İsrailin nəzarəti altında olan ərazilərə düşməyib.
***
Ötən gecə İsrail aviasiyası Suriyadakı hədəflərə növbəti dəfə kütləvi raket zərbələri endirib. Virtualaz.org xəbər verir ki, raket zərbələrinin hədəfləri İran və Suriya qüvvələrinin bazaları olub. Bu, İranın İnqilab Keşikçilərinin “Əl-Qüds” briqadası tərəfindən Qolan təpəliyində yerləşən İsrail mövqelərini raket atəşinə tutmasına cavabdır.
Xəbər verilir ki, İsrail Hərbi Hava Qüvvələri Suriya rejimi ordusunun Dəməşqdən 40 kilometr məsafədə yerləşən mövqelərini vurub. Bu mövqelər Qolan təpələrindən aşağıda yerləşir. Bundan əvvəl isə “Əl-Qüds” briqadasının nəzarətində olan rayondan İsrail ordusunun Qolan təpələrində yerləşən mövqelərinə 20-yədək raket atılmışdı. İsrail müdafiə ordusunun mətbuat xidməti bildirir ki, bu zaman sovet istehsalı olan “Uraqan” reaktiv yaylım atəşi sistemindən istifadə olunub.
İsrail mövqelərini atəşə tutandan sonra “Uraqan” qurğusu şimala tərəf istiqamət alıb və Kuneytra yaxınlığında İsrail təyyarələrindən endirilən raket zərbəsi ilə məhv edilib.
Suriya müxalif qaynaqları isə bildirir ki, mayın 10-na keçən gecə İsrail aviasiyası İnqilab Keşikçilərinin nəzarətində olan üç aerodroma da zərbələr endirib. Bunlar “Şayrat”, Suriyanın cənub-şərqində yerləşən Tala və Dəməşq ətrafında yerləşən Meze aerodromlarıdır. Bundan əlavə Əl-Kusayir və Kuneytra şəhərləri yaxınlığındakı bazalar da vurulub. Əl-Kusayirdə “Hizbullah”ın bazalarından biri yerləşirdi.
Zərbələr silah anbarlarına, raket qurğularına, radar sistemlərinə endirilib. Ciddi zərər və çoxsaylı itkilər haqda xəbərlər var. Suriya rəsmi xəbər agentliyi isə həmişə olduğu kimi Hava Hücumundan Müdafiə qüvvələrinin “onlarla İsrail raketini zərərsizləşdirdiyini” bildirir. Lakin hərbi bazalara, radarlara və silah anbarlarına zərər dəydiyi də təsdiqlənir.
İsrail aviasiyası bundan əvvəl Suriyadakı hədəflərə mayın 8-nə keçən gecə zərbələr endirmişdi. Həmin aviazərbələr nəticəsində Əl-Kisua rayonunda yerləşən İran obyektləri dağıdılıb. Suriya mənbələri azı 32 nəfərin, o cümlədən yüksək rütbəli İran hərbçilərinin öldüyünü bildirir. Dəməşqdəki “Əl-Mücahid” xəstəxanasına çoxsaylı yaralıların yerləşdirildiyi haqda xəbərlər var. Xəstəxananın ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb, Suriya rejimi ölü və yaralıların sayını gizlətməyə çalışır. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə ölənlər arasında İnqilab Keşikçilərinin bir generalı da var.