Almaniyada müsəlman qəbiristanlığına hücum
Məzar daşları dağıdıldı
11:10 | 24 iyun 2018 | Bazar
Məqaləyə 2122 dəfə baxılıb
Şriftin ölçüsü
Məzar daşları dağıdıldı
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
Türkiyənin Yüksək Seçim Kurulunun rəhbəri Sadi Güvən vətəndaşları səsvermə günü “sükunətə dəvət etdiyini” deyib. YSK rəhbəri seçkilərin keçirilməsi üçün bütün hazırlıqların görüldüyünü, seçki məntəqələrində elektrikin kəsilməsi hallarına qarşı hazırlıqlı olduqlarını bildirib.
Sadi Güvən bildirib ki, prezident və parlament seçkilərinin nəticələrini yerli vaxtla saat 24.00-dən tez elan etməyə çalışacaqlar.
“Seçkilərlə bağlı hər cür hazırlıqları tamamladıq. Xalqıma sükunət tövsiyə edirəm. Seçki qutularının yanında siyasi partiyaların müşahidəçilərinin olması lazımdır. Onların tərtib etdikləri protokolları eyni zamanda bizə daxil olan kimi dərhal siyasi partiyalara göndəririk, eləcə də nəticələri. YSK-nin işi təkcə səsləri saymaq deyil. Seçki komissiyalarında siyasi partiyaların təmsilçiləri çoxluq təşkil edir. Biz onların saydığı səsləri toplayırıq, bu işi kompüterlər edir və nəticələri vətəndaşlarımıza açıqlayırıq”, - Sadi Güven bildirib.
Siyasi analitiklərə görə bu, Türkiyədə son onilliklərdə keçirilən ən kritik seçkidir. Seçkilər milli valyutanın dollarla müqayisədə kəskin dəyərdən düşməsi, iqtisadi göstəricilərin pisləşməsi, ölkədən kapital axınının sürətlənməsi və yüksək inflyasiya şəraitində keçirilir. Bütün bunlar da prezident Rəcəb Tayyib Ərdoğanın populyarlığını azaldıb. Belə görünür ki, Türkiyə ordusunun seçkilər ərəfəsində Suriyanın şimalında kürd birləşmələrinə qarşı əməliyyatları da hakim partiyanın səslərinə ciddi təsir etməyəcək. Çünki iqtisadi vəziyyətin pisləşməsi xarici hərbi uğurlar hesabına xalqdan lazım olan səsləri almağa imkan verməyə bilər.
Digər tərəfdən Ərdoğan ilk dəfədir onu daban-dabana izləyən rəqiblərlə yarışır. CHP-nin prezidentliyə namizədi, keçmiş fizika müəllimi Muharrəm İncə izdihamlı seçki mitinqləri keçirib və rəy sorğularına görə səslərin yarıdan çoxunu toplamasa belə birinci turda Ərdoğanın qalib gəlməsinin yolunu kəsə bilər. Habelə “İYİ parti”nin namizədi Meral Akşener Ərdoğanın elektoratının bir qismini öz tərəfinə çəkə bilib.
Parlamentdə isə AKP-nin artıq təkpartiyalı hökumət formalaşdırmağa bəs edəcək qədər mandat qazanmasına böyük şübhə var. Müxalifət partiyaları ilk dəfə hakim partiyaya qarşı koalisiyada birləşib və rəy sorğuları AKP-nin parlamentdə üstünlüyü əldən verə biləcəyini göstərir.
***
10:00
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.
Prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparırlar.
R.T.Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.
Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyası mübarizə aparırlar. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb. BBP namizədləri “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıblar. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıblar.
Türkiyədəki 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Bundan əvvəl xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.
Səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisinə, eləcə də 500 yaxın beynəlxalq müşahidəçiyə icazə verilib.
Artıq səsvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da start götürən səsvermə saat 17.00-da başa çatacaq.
Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticəsinin günün sonunadək açıqlanması nəzərdə tutulub.