İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
23:45 | 8 iyul 2018 | Bazar
Məqaləyə 2632 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
İsrailin kəşfiyyat xidməti “Mossad” xarici ölkədə daha bir uğurlu əməliyyat keçirib.
Virtualaz.org xəbər verir ki, həyata keçirilən məxfi əməliyyat nəticəsində 1965-ci ildə Suriyada tutulan və edam edilən əfsanəvi İsrail kəşfiyyatçısı Eli Koenin qol saatı vətənə gətirilib. Bu haqda İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.
“Eli Koenin qol saatı bu yaxınlarda “Mossad” tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində İsrailə qaytarılıb”, - məlumatda deyilir.
Baş nazirin dəftərxanası bildirir ki, qol saatı hazırda “Mossad”ın mənzil-qərargahındadır, amma bir müddət sonra kəşfiyyatçının ailəsinə veriləcək.
“Eli Koen 1965-ci ildə edam ediləndən sonra onun qol saatı düşmən ölkədə saxlanılırdı. Saatın qaytarılmasından sonra İsraildə onun həqiqətən kəşfiyyatçıya məxsus olduğunu təsdiqləyən araşdırma və xüsusi kəşfiyyat fəaliyyəti həyata keçirilib”, - məlumatda deyilir.
“Mən “Mossad” əməkdaşlarını qətiyyətlərinə və mərdliklərinə görə təbrik edirəm, bu əməliyyatın yeganə məqsədi dövlətin təhlükəsizliyinə öz töhfəsini verən böyük döyüşçünün xatirə əşyasının İsrailə qaytarılması olub”-baş nazir Benyamin Netanyahu bildirib.
Eli Koen misirli yəhudi olub. 1962-1965-ci illərdə Suriyada “Mossad” agenti kimi qeyri-leqal kəşfiyyat fəaliyyətləri ilə məşğul olub. 1965-ci ildə ələ keçib və edam edilib. İsrail hakimiyyəti dəfələrlə onun qalıqlarının vətənə qaytarılması səyləri barədə bəyan edirdi.