İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
16:44 | 16 iyul 2018 | Bazar ertəsi
Məqaləyə 5225 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
“The New York Times” qəzeti İsrailin kəşfiyyat xidməti “Mossad” tərəfindən İranın nüvə sirlərinin oğurlanması üçün keçirilən əməliyyatın detalları barədə sensasion məlumatlar yayıb. Virtualaz.org xəbər verir ki, qəzetin yazdığına görə İranın hərbi təyinatlı nüvə proqramlarına dair məxfi sənədlərin saxlanıldığı və Tehranın kommersiya rayonlarından birində yerləşən anbara “Mossad” agentləri bu il yanvarın 31-də daxil olublar. Onların əlində seyflərin açılması üçün “payalniklər” (yandırıcı lampalar) olub.
“Mossad” agentləri məxfi sənədlərin saxlanıldığı binanın siqnalizasiya sistemini söndürüblər, iki dəmir qapını açıblar. İçəridəki 32 seyfi sındırıblar və 6 saat 29 dəqiqədən sonra özləri ilə 50 minə yaxın məxfi sənəd, 163 kompüter diski götürərək obyekti tərk ediblər.
Xatırladaq ki, İsrail kəşfiyyatının İranın nüvə sirlərini ələ keçirdiyini bu ilin mayında baş nazir Benyamin Netanyahu xüsusi brifinqlə dünyaya elan edib. Bunun ardınca ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. İsrail kəşfiyyatının ələ keçirdiyi sənədlərə əsasən İran nüvə proqramlarını dayandırmağa dair öhdəlik götürsə də əslində bu sahədə gizli fəaliyyətini davam etdirib. Nüvə silahı proqramına dair sənədləri gizlədib.
Qəzetin dünənki sayında dərc edilmiş məqalədə göstərilir ki, iranlılar Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə nail olmaq üçün İsrailin sənədləri saxtalaşdıdığını deyirdilər. Lakin ABŞ və Böyük Britaniya kəşfiyyatı “Mossad”ın Tehrandan oğurladığı sənədləri analiz ediblər, onların İrandan başqa agentlər vasitəsilə əldə olunmuş sənədlərlə müqayisəsini aparıblar və bildiriblər ki, ələ keçirilmiş sənədlər həqiqidir.
“Mossad”ın Tehranda keçirdiyi əməliyyatın bəzi detalları haqda bundan əvvəl Küveytin “Əl-Cəridə” qəzeti yazmışdı. Bildirilirdi ki, “Mossad” agentləri Tehrandakı anbardan oğurladıqları sənədləri kiçiktonnajlı yük maşınına yükləyiblər. Əvvəlcədən obyektin qarşısında iki eyni markalı, eyni rəngli yük maşını dayanıb. Sənədlər onlardan birinə yüklənib, daha sonra avtomaşınlar izi itirmək üçün müxtəlif istiqamətlərə hərəkət edib. Qəzet iddia edirdi ki, məxfi sənədlər sərhəddən qeyri-leqal şəkildə Azərbaycana keçirilib. Buradan xüsusi təyyarə ilə İsrailə aparılıb. Lakin rəsmi Bakı bu iddianı qəti təkzib etmişdi.