Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
13:49 | 2 sentyabr 2018 | Bazar
Məqaləyə 2181 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Ötən gecə Dəməşq ətrafındakı “Mezze” hərbi aerodromunda dalbadal baş vermiş güclü partlayışlar Suriya paytaxtının gecəsini gündüzə çevirib. Virtualaz.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İsrail aviasiyasının endirdiyi təxmin edilən raket zərbələrinin ardınca hərbi aerodromun silah anbarında güclü yanğın başlayıb.
Livanın “Hizbullah”a bağlı “Əl-Mayadin” telekanalı zərbələrin İsrail aviasiyası tərəfindən endirildiyini bildirir. Məlumata görə Dəməşq ətrafındakı bəzi digər obyetlər də vurulub, Suriya Havadan Müdafiə Sistemləri işə düşüb.
Bununla belə rəsmi SANA agentliyi hərbi aerodroma raket zərbələrinin endirildiyi barədə məlumatları təsdiq etməyib. Agentlik aerodromun silah anbarında “qısa qapanma nəticəsində” yanğın başladığını bildirib. Lakin Suriya ətrafına raket zərbələrinin endirildiyini Rusiya hərbi qaynaqları da təsdiqləyir.
Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu partlayışlar nəticəsində xeyli ölən və yaralananların olduğunu bildirir. Sosial şəbəkələrdə hərbi bazada baş verən partlayışlara və yanğına dair görüntülər yayılıb. “İsrail hərbi təyyarələri Dəməşqin gecəsini gündüzə çevirdi”-istifadəçilərdən biri belə yazıb.
İsrail ordu komandanlığı isə bundan əvvəl olduğu imi yenə də Suriyaya endirilən zərbələr barədə şərh vermir. İsrail aviasiyası dəfələrlə Suriyada İran bazalarına və ya "Hizbullah" ın silah anbarlarına güclü zərbələr endirib.