Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
18:13 | 20 fevral 2019 | Çərşənbə
Məqaləyə 1525 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya prezidenti Vladimir Putinin Federal məclis qarşısında bugünkü hesabat xarakterli çıxışı ABŞ rəhbərliyinin ünvanına birbaşa və açıq hədələrlə yadda qalıb. Putin Rusiyanın yeni hipersəs sürətli silahları barədə danışaraq bildirib ki, “meydana çıxacaq təhdidlərə cavab olaraq” bu raketlərlə ABŞ paytaxtına zərbə endirəcəklər.
Putin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərə dair Müqavilədən çıxması, habelə Polşa və Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi barədə danışaraq deyib ki, bunlar Rusiyaya birbaşa təhdid yaradır. Çünki həmin ölkələrin ərazisində yerləşdirilən raketdən müdafiə sistemlərinin komponenti olan “Mk-41” buraxılış qurğusu orta mənzilli, qanadlı “Tomoqavk” raketlərinin də tətbiqinə imkan verir.
“Rusiyanın Avropada belə raketləri birinci yerləşdirmək niyyəti yoxdur. Lakin onlar orta mənzilli raketləri birinci istehsal etsələr və orada yerləşdirsələr beynəlxalq sferada vəziyyəti ciddi kəskinləşdirəcək və Rusiya üçün ciddi təhdid yaradacaq. Çünki bu tip raketlərin bəziləri Moskvaya cəmi 10-12 dəqiqəyə çata bilər. Bu da bizim üçün ciddi təhdiddir. Belə olan halda biz məcbur olub asimmetrik cavab tədbirləri görəcəyik”, - o bildirib.
Putin əlavə edib ki, ABŞ-da qərar qəbul etməzdən əvvəl Rusiyanın yeni raketlərinin sürətini bir daha hesablamalıdırlar. Çünki həmin raketlər də ABŞ-a təxminən 10-12 dəqiqəyə çatacaq.
Rusiya prezidentinin sözlərinə görə, onlar təhdidə dərhal cavab verəcəklər və hipersəs sürətli silahları təkcə ABŞ-ın öz silahlarını yerləşdirdiyi ölkələrə deyil, ABŞ-ın özünə də tuşlayacaqlar.
“Bu gün birbaşa və açıq şəkildə bunu bəyan edirəm ki, sonra heç kim bizi qınamasın, hamıya aydın olsun ki, söhbət nədən gedir”-o bildirib.
* * *
15:05
Bu gün Rusiya prezidenti Vladimir Putin Federal məclis qarşısında ənənəvi illik proqram çıxışını edib.
Putinin çıxışının əsas hissəsi sosial-iqtisadi problemlərə və onların həlli yollarına yönəlib. Ekspertlər bunu təsadüfi saymırlar və Putinin reytinqinin xeyli aşağı düşməsi ilə əlaqədar onun bilavasitə insanları maraqlandıran məsələlərdən danışmalı olduğunu qeyd edirlər. Bununla belə Putin silahlardan və silahlanmadan, Qərblə qarşıdurmadan da danışıb. Ötən ilin martında ilk dəfə elan etdiyi super silahlardan yenə bəhs edib.
“Hələ bu yaxınlara qədər çoxlarına elə gəlirdi ki, Rusiya müdafiə sahəsində dönüş edə bilməz. Lakin biz bunu etdik, o cümlədən tamamilə gənc insanların sayəsində”-Putin deyib.
O bildirib ki, super silahların necə hazırlanmasına dair detalları bilir. “Məsələn, hipersəs sürətli “Avanqard” döyüş blokunun yaradılması öz əhəmiyyətinə görə Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər”-Rusiya prezidenti bildirib. Əlavə edib ki, “Avanqard” raketləri ilə silahlanmış ilk polk artıq bu il döyüş növbəsinə dayanacaq. Çünki bu raketlərin seriya istehsalı artıq başlayıb.
“Avanqard” qanadlı döyüş bloku 27 Max sürətlə hərəkət edə bilir və təqdimata əsasən nə indi, nə perspektivdə heç bir raketdən müdafiə sistemi onu “tuta” bilməz.
Putinin sözlərinə görə, daha bir yenilik sürətli 9 Max-dan çox olan “Tsirkon” hipersəs raketidir ki, o 1000 kilometrə qədər uça bilir. Yerüstü və suüstü platformalardan tətbiq edilə bilər.
“Bununla bağlı mühüm məqamı qeyd etmək istəyirəm-artıq bu ilin yazında “Poseydon” kompleksinin daşıyıcısı olan ilk sualtı qayıq suya buraxılacaq. İşlər plan üzrə gedir”, - o qeyd edib.
“Poseydon” sualtı pilotsuz aparatı barədə də Putin ilk dəfə ötən ilin martında elan edib. Bu, okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə qeyri-məhdud məsafəyə hərəkət edə bilən, nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilmiş və nüvə başlığı daşıyan supertorpedodur. Hansı ki, bu silaha qarşı heç bir müdafiə imkanı yoxdur və qərbdə onu “Qiyamət günü” silahı adlandırıblar.
Putin onu da deyib ki, “Sarmat” qitələrarası raketinin, “Peresvet” lazer silahının və “Kinjal” raketinin də döyüş sınaqları aparılır. Onun sözlərinə görə, Rusiya təhdid yaranarsa nəinki raket qurğularının olduğu ölkələri, eləcə də qərar qəbul edilən mərkəzləri hədəf alacaq.