İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
11:45 | 3 aprel 2019 | Çərşənbə
Məqaləyə 2914 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
“Türkiyədəki seçkiləri müzakirə edən xalqım...” tipli açıqlamalar az deyil “Facebook”da. Dostlar ironiya edirlər.
Halbuki nahaq yerə. Siyasi, iqtisadi, hərbi və s. müstəvidə Azərbaycanın ziyadə intensiv əlaqələrinin olduğu, hətta Türkiyədə soğanın və pomidorun bahalaşmasının ölkəmizdəki bazarlara təsir etdiyi bir durumda müzakirələr normaldır, hətta gərəklidir.
Amma bir məqamı unuduruq müzakirələrdə. AKP, MHP, HDP və CDP partiyalarının sonuclarından bəhs edərkən, məncə (İMHO - in my humble opinion, yəni mənim fəqiranə fikrimcə) ən önəmli məsələ onların taktika və ya strategiyaları deyil, sonuclara pərişan olanların öz səhvlərinin acısını çəkməsidir.
Daha doğrusu, tarixdən dərs ala bilməmələri.
Gələk məsələyə.
Vaxtilə ABŞ-da çox məşhur və nüfuzlu jurnal vardı – “The Literary Digest”. Ayzek Kauffman Fankın (Isaac Kaufmann Funk) 1890-cı ildə bünövrəsini qoyduğu, sonra Fanklar ailəsinin “Funk & Wagnalls” şirkətinə məxsus çox populyar bir jurnal.
1936-cı ildə bu jurnal dünyada misli görünməmiş sorğu keçirmək qərarına gəlir.
“The Literary Digest” 10 milyon nəfərə anket yollayır.
Anketdə sadəcə, bir sual vardı: “Keçiriləcək prezident seçkilərində kimə səs verəcəksiniz - respublikaçıların namizədi, Kanzas ştatının qubernatoru Alfred Mossman Lendona, yoxsa demokratların namizədi, indiki prezident Franklin Delano Ruzveltə?”
2,4 milyon amerikalı sualı cavablayıb anketləri redaksiyaya yolladılar.
ABŞ ilə yanaşı, dünya tarixində tayı-bərabəri olmayan, ilk belə sorğunun nəticələrinə görə, Alfred Lendon rəqibi Franklin Ruzveltə çox böyük fərqlə qalib gələcəkdi.
Belə ki, Seçicilər Şuralarında (ABŞ-da prezidenti vətəndaşlar, sonra Seçicilər Şurasındakı seçicilər seçirlər) 370 nəfərin Lendona, 161 nəfərin Ruzveltə səs verəcəyi ehtimal olunurdu.
Üstəlik, 1920, 1924, 1928 və 1932-ci illərdəki prezident seçkilərində də jurnal bu tipdə, amma kiçik miqyasda sorğular keçirmişdi və hər sorğunun nəticələri də sonradan özünü doğrultmuşdu.
Rəyi soruşulmuş 2,4 milyon insan istənilən sorğu üçün astronomik rəqəmdir.
Müqayisə üçün yazım ki, sosioloji sorğularda 2 min nəfəri rəyi dəqiq nəticə əldə etməyə bəs edir.
ABŞ-da prezident seçkiləri keçirildi və Ruzvelt fenomenal nəticə ilə qalib gəldi.
Seçicilər Şuralarında ona 523 nəfər, Lendona isə cəmi 8 nəfər səs vermişdi.
Daha dəqiq olsaq, 46 ştat Ruzvelti, yalnız Men və Vermont ştatları Lendonu dəstəkləmişdilər.
Həmin hadisə “The Literary Digest”in nüfuzuna elə bir zərbə vurdu ki, jurnal seçkilərdən iki il sonra bağlandı.
Sorğunun nəticələrinin yanlış ehtimal olmasının əsas səbəbi anketlərin göndərilməsi üçün ünvanların götürüldüyü məlumat bazası idi.
“The Literary Digest” bütün abunəçilərinə, habelə telefon və avtomobil sahiblərinə sorğu anketləri yollamışdı.
Jurnalın redaksiyası bu şəxslərin ünvanlarını əldə etmişdi.
Fəqət 1936-cı ildə Birləşmiş Ştatlarda "Böyük Depressiya" tüğyan edirdi.
Telefon, nüfuzlu ədəbi jurnala abunəçilik və illah da ki, avtomobil yalnız imkanlı, səs vermək hüququna malik amerikalılar arasında azlıq təşkil edən şəxslərin əldə edə biləcəkləri nəsnələrdi.
Jurnal sorğunun məntiqi və səbatlı olması üçün əsas şərtə - seçimin təsadüfiliyinə riayət etməmişdi.
Hə, onu da xatırladım ki, həmin seçkilərdən sonra o zamanlar çox az adamın tanıdığı Corc Qellapın (George Gallup) yaratdığı və rəhbərlik etdiyi Amerika İctimai Fikir İnstitutu (American Institute of Public Opinion) ölkədə və dünyada məşhurlaşdı.
Çünki “cəmi” 50 min təsadüfi respondent arasında sorğu keçirən institut bəyan etmişdi: “Seçkilərdə Ruzvelt səslərin 56 faizi yığaraq qalib gələcək”.
Ruzvelt 61 faizlik nəticə göstərmişdi...