İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:07 | 5 may 2019 | Bazar
Məqaləyə 1952 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
“Reuters” agentliyi xəbər verir ki, rəsmi Tehran ABŞ-ın İranın neft ixracına qoyduğu sanksiyalardan yayınmaq üçün bütün resurslarını səfərbər edib. İran neftinin “boz bazarda” satılması istiqamətində işlər görülməkdədir.
“İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaları qeyri-qanuni sayır”, - İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani bazar günü yerli mediaya verdiyi açıqlamada belə deyib.
“Reuters” xatırladır ki, ABŞ İrandan neft alan ölkələrə açıq mesaj vermişdi: "Mayın birinə qədər İrandan neft idxalını dayandırın, əks təqdirdə ABŞ-ın sizlərə də tətbiq edəcəyi iqtisadi sanksiyalara hazır olun".
“Biz bütün resurslarımızı səfərbər etmişik ki, öz neftimizi “boz bazarda” (“grey market”) sataq. Bu, qaçaqmalçılıq deyil. Bu, qeyri-qanuni saydığımız sanksiyalardan yayınmaq üçün həyata keçiriləcək”.
“Boz bazar” (“grey market”) siyasi termindir. Belə bazarda satılan mallar qanundan qismən kənar sayılır. Hər hansı bir ölkə və ya şirkət öz malını ikinci, bəzənsə üçüncü tərəfin əli ilə müştəriyə çatdırır.
Qeyd edək ki, Qərb texnologiyasına çıxışı bağlı olan İran məhz “boz bazar” üzərindən özünə gərəkən malların alışını təşkil edə bilib. Təbii ki, bu bazarda imkanlar o qədər də geniş deyil. O da aydındır ki, İran öz neftini “boz bazar”da mövcud qiymətlərdən ciddi şəkildə ucuz satmalı olacaq. Həm də İran heç bir halda əvvəlki həcmdə neft sata bilməyəcək.