
İmperiya simvollarından xilas
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Parlamentdə 10 deputat “yox” düyməsini basdı, spiker hirsləndi
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib
Spiker böyük əfv haqda
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Parlamentin 100 illiyi keçiriləcək
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva onu nurçuluqla əlaqələndirənlərə sərt mesajlar verdi. O, dedi ki, bəzi qüvvələr mətbuatdan çirkin məqsədləri üçün istifadə edirlər.
«Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər. Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana «Sən niyə türk məktəblərinə dəstək veribsən» deyə nurçuluqda ittiham edən, sanki hansısa bir kölgəli işlərlə məşğul olan millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm». Q.Paşayeva onu hədəfə alanlara səsləndi: «Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliydik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan Hocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik».
Spiker O.Əsədov isə «müraciət edibsiniz, öz işinizdir. Amma bu məsələni parlamentə çıxartmağa ehtiyac yox idi», dedi.