
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
... antimilli qruplar isə hakimiyyət eşqində
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
Prezidentin köməkçisi 59 yaşını tamamladı
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
Prezidentin köməkçisindən sərt sözlər
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
«Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir». Bunu bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayındakı çıxışı zamanı Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib.
VAXT.AZ xəbər verir ki, PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: «Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik».
Ə.Həsənov deyib ki, Azərbaycan millitarist siyasət yürütmür və yalnız öz torpaqlarını geri istəyir: «Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyon qaçqınımızı öz doğma yurdlarına qaytarıb, o əraziləri yaşayış üçün bərpa etmək istəyirik. Gördünüz ki, Cocuq Mərcanlı qısa müddət ərzində necə bərpa oldu, yaşayış üçün müasir hala gətirildi».