
“İsa Qəmbər razılaşmanı pozdu”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Müsavatçılar necə aldadıldı?
Hikmət Hacızadə: «Gülən Ərdoğandan bir neçə şey istəyir»
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
Daha bir hay-küylü istefa
May ayında Müsavat Partiyasının qurultayıdır. Martın 5-də Müsavat Məclisinin üzvü Hikmət Hacızadə «Media forum» saytının bununla bağlı suallarını cavablandırıb.
Partiya nizamnaməsinə görə, eyni şəxs iki müddətdən artıq başqan seçilə bilməz. Bu, Müsavatın hazırkı başqanı İsa Qəmbərin qarşıdan gələn qurultayda yenidən başqanlığa namizəd olmasına imkan vermir.
Hikmət Hacızadə Müsavatın nizamnaməsində dəyişiklik edilməsi, İsa Qəmbərin yenidən başqanlığa namizəd olması ideyasına münasibətini belə bildirib: «Mən İsa Qəmbərin başqan postunda qalmasını istəmirəm. İstəyirəm ki, partiyanın nizamnaməsində eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan müddəa həyata keçirilsin və bu, Müsavat Partiyasının Azərbaycan demokratiyasına töhfəsi olsun.
İsa Qəmbərin xətrini çox istəyirəm, amma demokratiyanı ondan da çox istəyirəm. Bir nəfərin iki dəfədən çox başqan seçilməməsi məsələsi nizamnaməyə İsa Qəmbərin təklifi ilə salınıb, yəni İsa Qəmbər özü bu yükün altına girib. Bu, çox ağır yükdür, biz bunu başa düşürük. Biz bilməliyik ki, Müsavat Partiyasının atdığı hər bir addım həm siyasətdir, həm də xalqın demokratiya təcrübəsinə böyük bir töhfədir».
Hikmət Hacızadə partiyanın idarəçilik formasının dəyişməsi, başqanın Məclisdə seçilməsi, başqanlıq institutunun ləğvi kimi ideyaların da əleyhinə olduğunu söyləyib: «Başqanlıq institutu ləğv olunsa, onda partiyanı kim idarə edər? Mən belə bir addımı mənasız hesab edirəm».
Ümumiyyətlə Hikmət Hacızadə hesab edir ki, indiki şəraitdə diqqət əsas problemin – ölkədə demokratiyanın boğulması məsələsinin üzərində cəmlənməli, müxalifətin hansı vəziyyətdə fəaliyyət göstərdiyi unudulmamalıdır: «İndi Azərbaycan demokratiyası güclü repressiyalar ucbatından ölüm ərəfəsindədir, yox olma ərəfəsindədir. Nə camaat, nə partiyalar, nə fəallar, nə də jurnalistlər rahat nəfəs ala bilir. Ona görə də jurnalistlərin Müsavatın qurultayına yanaşması başqa cür olmalıdır. Jurnalistlər bu məsələyə elə yanaşırlar ki, elə bil biz ya Estoniyada, ya da Gürcüstandayıq. Xeyr, elə deyil, biz ölürük, ölüm ayağındayıq. Biz Azərbaycanın gələcəyinə vəsatət yazırıq, biz bu vəziyyətdəyik. Bu vəziyyətdə onu dəyiş, bunu dəyiş... Ümumiyyətlə intriqa olan məsələlər məni maraqlandırmır».