Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
13:52 | 18 dekabr 2014 | Cümə axşamı
Məqaləyə 2983 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hökumətə sızdırılan adamları məhv etməyə çalışır».
Bunu hafta.az-a açıqlamasında politoloq Hikmət Hacızadə Türkiyədəki son olaylara münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, qardaş ölkədə axırıncı həbslər bundan sonra da davam edəcək. Hikmət Hacızadə "Gülən hərəkatı" liderinin Ərdoğanla maraq toqquşmalarından da danışıb:
«Fətullah Gülən Türkiyə hökumətinin onun istəyi ilə hərəkət etməsini istəyir. Bundan başqa, Amerikada oturan din xadimi Türkiyə rəhbərini onun istədiyi kimi addımlar atmağa təhrik edir. O deyir ki, mən yönümü qərbə tərəf çevirirəmsə, sən də çevir. İsraillə dava etmə. Qərblə münasibətləri yumşaltmağa çalış».
Politoloq Ərdoğanın Gülən tərəfdarlarını həbs etdirməsinin aqibətindən də danışıb. Hikmət Hacızadə nurçuların zərbələr fonunda «heyfçıxma» planına da münasibət bildirib: «Amma hələ ki, Gülən və onun tərəfdarları dövlət çevrilişi etməyə hazır deyil. Ona görə də onlar məsələni hər zaman problemi sülh yolu ilə həll etməyə səy göstərib. Fətullah Gülənin əsas tutduğu bir yol var. O, yavaş-yavaş hökuməti ələ almaq yolunu tutub. Güc strukturlarına, nazirliklərə öz adamlarını yerləşdirməklə pozisiya qurmaq istəyir. Onun siyasəti budur. Bir vaxtlar isti münasibətləri olan Ərdoğanla Gülənin indi araları dəyib. Türkiyə prezidenti də yavaş-yavaş bunları məhv etməyə çalışır. Polisdən, hökumət idarələrindən körükləməyə başlayıb. İndi də dövlət ideologiyasına əks mövqe tutanlar həbs olunur».
Xatırladaq ki, Türkiyədə Nurçu təriqətinə mənsub olduğu iddia edilən media mənsublarının kütləvi həbsinə başlanılıb. Hətta həbs olunanlar arasında «Zaman» qəzetinin ümumi yayım müdiri Ekrem Dumanlı da var. Onun təslim olmadığı üçün xüsusi əməliyyatla ələ keçirildiyi vurğulanıb.