Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
11:07 | 15 aprel 2022 | Cümə
Məqaləyə 1382 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyə Avropa enerji resursları ilə zəngin Orta Şərqin görüş nöqtəsidir. Avropa enerji şəbəkəsinə bağlanan geniş qaz borusu infrastrukturu ilə Türkiyə Avropa İttifaqının Rusiya qazından asılılığa son qoymaqda əhəmiyyətli rol oynayacağına inanır.
Türkiyə Prezidentinin müşaviri İlnur Çevik: “Bu Ukrayna vəziyyəti Avropada ciddi enerji problemi yaradıb. Ola bilər ki, Türkiyədən Avropaya Şərqi Aralıq Dənizi təbii qaz axını bu problemin həlli, Rusiya qazına alternativ ola bilər. Bu çox maraqlı məsələlərdir və hər iki tərəf onu müzakirə edəcək.”
Şərqi Aralıq Dənizində İsrail bu yaxınlarda zəngin qaz ehtiyatı kəşf edib. Türkiyə İsrailə Avropa qaz şəbəkəsinə qoşulan qaz borusunun inşasını təklif edir. Keçən ay İsrail prezidentinin Ankaraya səfəri zamanı enerji əməkdaşlığı da müzakirələrin mövzusu idi.
Türkiyən Qatarda keçmiş səfiri Mithat Rende: “İsrail və Orta Şərq qazını Avropaya göndərmək üçün onu Türkiyə qaz şəbəkəsinə, ya da TANAP-a qoşmaq üçün önəmli layihədir. Bu asan iş deyil, amma Türkiyə, İsrail və Avropa İttifaqının səylərini nəzərə alsaq, reallaşması mümkün olan bir layihədir”.
Türkiyə və İsrail enerji nazirlərinin ayın sonu Qüdsdə görüşü planlaşdırlır.
Amma Türkiyə və İsrail arasında münasibətlər gərgin olaraq qalır və İsrailin əhəmiyyətli razılaşma əldə edəcək qədər Türkiyəyə etibar etməsi ilə bağlı şübhələr var. Təhlilçilərin fikrincə, Vaşinqton Türkiyə-İsrail qaz kəmərinin inşası planını dəstəkləyir.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Linderstraus: “İsrail və Türkiyənin yaxınlaşmasını təşviq etmək təbii ki, qərbmeylli aktorların birlikdə əməkdaşlıq edəcəyindən ABŞ-ın marağındadır. Amma yenə də mən İsrail qazının bir gün Türkiyədən keçəcəyinə çox optimist deyiləm. Düşünürəm ki, başqa bir variant, məsələn Misir bu günlərdə daha müvafiqdir”.
İraqın yarı avtonom Kürd ərazisi Avropaya qaz təchizatı üçün başqa bir alternativ ola bilər.
Türkiyənin İraqdakı sabiq baş konsulu Aydın Selcen: “İraq qazı hazırdır və həmin sahələrdən Türkiyə qaz şəbəkəsinə məsafə çox qısadır. Nəzərə alsaq ki, indi tam zamanıdır, siyasi iradə yerindədir və kontekst əlverişlidir, niyə də yox?”
Müşahidəçilər keçən ay Ərbilə atılan raketləri Tehranın bu razılaşmaya qarşı xəbərdarlığı kimi görür.
Bağdad da istənilən razılaşmaya öz xeyir-duasını verməlidir. Ona görə də Türkiyənin istədiyi yeni rolu qazanması üçün görülməli olan işlər var.