Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
18:40 | 13 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 712 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İsrail bazar ertəsi öz vətəndaşlarını İstanbula səyahət etməkdən yayınmağa, orada olanlara isə vətənə qayıtmağa çağırış edib. Hökumət Mayın 30-da Türkiyəyə səyahətlə bağlı tövsiyəni kəskinləşdirərək, İranın istirahət edən israilliləri öldürmək və ya qaçırmaq cəhdləri ilə təhdid etdiyini bildirib.
Xarici işlər naziri Yair Lapid İsrail təhlükəsizlik qüvvələrinin “böyük səy”ləri nəticəsində “son həftələrdə İsraillilərin həyatının xilas edildyini” və Türkiyə hökumətinə verdiyi töhfəyə görə təşəkkür edib.
O, məsələ ilə əlaqədar əlavə məlumat verməyib. İsrail təhlükəsizlik rəsmisi “Reuters” agentliyinə bildirib ki, Türkiyə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə şübhəli əməliyyatçısını həbs edib.
“İsrailliləri İstanbula uçmamağa çağırırıq və həyati vacib səbəbiniz yoxdursa, Türkiyəyə uçmayın. Əgər artıq İstanbuldasınızsa, mümkün qədər tez İsrailə qayıdın”, – deyə Lapid televiziya ilə yayımlanan açıqlamasında bildirib. O, həmçinin əlavə edib ki, “bu terror təhdidləri istirahətdə olan israilliləri hədəf almaq məqsədi daşıyır. Onlar qaçırmaq və ya öldürmək məqsədilə təsadüfi, lakin düşünülmüş şəkildə İsrail vətəndaşlarını seçirlər”.
O, iranlılara da müraciət edərək deyib ki, “mən buradan iranlılara da mesaj vermək istəyirəm. Kim israilliləri incitsə, bundan yaxa qurtara bilməz. Harada olursa-olsun İsrailin uzun qolu onları tapacaq”.
Rəsmi Tehran mayın 22-də motosikletdəki iki nəfər tərəfindən avtomobilinin sükanı arxasında güllələnərək öldürülən SEPAH polkovniki Həsən Sayad Xodainin qisasını günahkar saydığı İsraildən alacağına söz verib.
İsrail sui-qəsd ittihamları ilə bağlı standart siyasətini təkrar edərək hücumu nə təsdiq, nə də təkzib edib. İsrail Xodaini bütün dünyada öz vətəndaşlarına qarşı hücumlar hazırlamaqda ittiham edirdi.
Türkiyə israillilər üçün populyar turizm məkanıdır. İki ölkə münasibətlərini on ildən çox davam edən gərginliklərdən sonra bərpa edib.