Varlılar Avropaya yönəlir
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
09:52 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 685 dəfə baxılıb
Şriftin ölçüsü
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Çin səfərinin təxirə salınması münasibətlərin kursunu dəyişmir
Ağ Ev tələbini 100 milyarda endirdi
Hücum, yoxsa qəza?
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
Ağ Ev İranla atəşkəsi ABŞ-nin qələbəsi adlandırdı
Atəşkəs xəbəri qara qızıla mənfi, birjalara isə müsbət təsir etdi
İranın ali rəhbəri Əli Xameneyi iyunun 28-də məhkəmə sistemi işçiləri ilə görüşündə bir daha kiberməkana qarşı sərt tədbirlərin görülməsinə və bu sahədə yeni qanunların qəbuluna çağırıb.
“Arada bir kiberməkanda bir şayiə yayıb və xalqı narahat edirlər. Bu, vətəndaşların psixoloji təhlükəsizliyini pozur. Məhkəmə sistemi bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir. Dünənə kimi bu işi qəzetlər görürdülər. İndi isə buna kiber məkan da qoşulub”, – deyə Xameneyi bildirib.
O, kiberməkana nəzarətin yetərincə olmamasına görə məhkəmə sistemini tənqid edib və bununla bağlı daha sərt və yeni qanunların təcili hazırlanmasını tələb edib.
Xameneyinin çıxışı internetə nəzarətlə bağlı qanun layihəsinin parlamentin açıq müzakirəsinə çıxarılması üçün işlər aparıldığı bir vaxtda təsadüf edir.
Kiberməkana nəzarətlə bağlı qanun layihəsinin hazırlanması Əli Xameneyinin bundan öncə məsələ ilə bağlı sərt xəbərdarlıqlarından sonra, internet və sosial mediaya nəzarəti gücləndirmək məqsədilə hazırlanıb.
Bir sıra bəndlərinin hətta bəzi rəsmi qurumlar tərəfindən də tənqid edilən layihə son aylar insan haqları təşkilatlarının sərt reaksiyası ilə üzləşib.
Bu təşkilatlar dəfələrlə bu layihənin təsdiqindən narahatlıqlarını ifadə edərək bildiriblər ki, əgər bu layihə təsdiqlənərsə, İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən söz azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq.
Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərindən İran parlamentində təmsil olunan Əlirza Nuri Qızılca İranda hökumətin bir müddətdir irəli sürdüyü “sosial şəbəkə istifadəçilərinin hüquqlarının müdafiəsi qanunu”nun qəbulu ilə ölkədə “Whatsapp” və “İnstagram” bloklana biləcəyini deyib.
Onun sözlərinə görə, keçən həftə İranın Ali Kiberməkan Şurasının qanun layihəsi ilə bağlı qəbul etdiyi qərardan da şikayət etmək imkanı yoxdur.
Nuri əlavə edib ki, əvvəllər Ali Kiberməkan Şurasının iclasları, rəyləri və səsverməsinin şəffaf keçirilməsini parlamentə təklif etsə də, buna müsbət cavab verməyiblər.
“Sözügedən qanunun qəbulu ilə bağlı müzakirələr elə bir mövqedədir ki, nəticənin necə olacağı bizim üçün qaranlıq və naməlumdur. Çünki proses toxunulmaz və sorğulanmaz xarakter alıb. Amma inanırıq ki, bunu xalqa etməzlər”, – deyə deputat fikrini tamamlayıb.
Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.
İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.
Xatırladaq ki, Əli Xameneyi də daxil olmaqla İranın bir çox yüksək vəzifəli şəxslərinin “Twitter”də bir neçə hesabı var və bəzi İran rəsmiləri “Twitter”də əhəmiyyətli dərəcədə aktivlik nümayiş etdirirlər.
Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı dünyada media azadlığının reytinqini açıqladığı hesabatda İranın dünyanın 180 ölkəsi arasında 178-ci yerdə olduğunu bildirib.