Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:11 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1051 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Tuva Respublikasında Kızıl şəhər soveti deputatının Tuvanın mavi-sarı milli bayrağını qaldırmasına imkan verilməyib. Xəbər verilir ki, deputatı dərhal əlidəyənəkli şəxslər dövrələyiblər.
Bu barədə Sibir-media “Telegram” kanalı xəbər verib.
Tuvalı deputat Roman Tamoyev moskvalılar arasında Tuva Respublikasına dair sorğu keçirib və kürəyinə Ukrayna bayrağını xatırladan mavi-sarı Tuva bayrağını salmaq istəyib.
Tamoyev bundan əvvəl polislərdən bayraqla Qırmızı meydanda gəzişmək və şəkil çəkdirmək üçün icazə istəmişdi. Polislər bunu qəti qadağan etmişdilər.
Tamoyevin sözlərinə görə o polislərdən aralanan kimi onu əlidəyənəkli onadək şəxs dövrəyə alıb.
Tamoyev deyir ki, o qanuna tabe vətəndaşdır və öz vətənini sevir.
Deputat daha sonra bildirib ki, polislər ona Rusiyanın regionlarından biri olan Tuva Respublikasının bayrağının qaldırılmasına icazə verməyiblər.
Polislər qanunvericiliyə əsaslansalar da, söhbətin hansı qanundan getdiyini deyə bilməyiblər.
Tamoyev deyir ki, moskvalıların əksəriyyəti Rusiyada Tuva Respubliaksının olmasınadan xəbərsizdir.
O deyib ki, bir çoxları Tuva bayrağını Ukrayna bayrağı ilə səhv salırlar.
Rusiyanın federal qanununa əsəsən Moskva Kremlinin, Qırmızı meydanın və Aleksandr bağının ərazisində keçiriləcək hər hansı aksiya üçün birbaşa prezident administrasiyasının icazəsi tələb olunur.
***
Tuva Respublikası (keçmiş Tuva Xalq Respublikası) Rusiyanın Sibir regionlarından biridir.
Türkdilli tuvalıların respublikası 1921-1944-cü illərdə, hələ SSRİ-nin tərkibinə daxil olmadığı vaxtlarda beynəlxalq aləmdə qismən tanınmış dövlət idi.
Respublika ərazisinin 80 faizini dağlar təşkil edir. Yenisey çayı Tuvanın paytaxtı Kızıl şəhərindən başlanır.
Tuvalıların ənənəvi dini inancları – Tibet buddizmi və şamanizmlə bağlıdır.
Tuva Rusiyada ən pis sosial-iqtisadi göstəricilərə malik regionlardan biridir.
2021-ci ilin statistikasına görə Tuva Rusiyanın ən yoxsul regionu olub.
Burada əhalinin 34 faizdən çoxu yoxsuldur.
Son vaxtlarda Tuvada milli-azadlıq əhval-ruhiyyəsinin artdığına dair xəbərlər var.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu milliyyətcə tuvalıdır.
Ukrayna müharibəsində iştirak üçün ən böyük səfərbərliklərdən biri də Tuvada aparılır.
Bu yaxınlarda Ukrayna məhkəməsi bir qrup tuvalı hərbçini hərbi cinayətlərə görə mühakimə edib.