Azərbaycan məhsulları Rusiya bazarlarını işğal edib
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
22:11 | 14 iyul 2022 | Cümə axşamı
Məqaləyə 975 dəfə baxılıb
Şriftin ölçüsü
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Prezident Vladimir Putin Rusiyada xarici agent elan edilmiş şəxslərin statusunu tənzimləyən yeni qanunu imzalayıb. Yeni qanuna görə xarici agent kateqoriyasına salınmaq üçün xaricdən və ya xaricilərdən maliyyələşdirilmək əsas arqument deyil.
İndi bu status “xarici təsir altında” olan şəxslərə də şamil edilə bilər.
Xəbər verilir ki, yeni qaydalar dekabrın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara görə xarici agent statusu olan şəxs və təşkilatlara dövlət məktəblərində və ali təhsil ocaqlarında dərs demək, həddi-buluğa çatmayanlar arasında maarifçilik işi aparmaq və yaradıcılıq fəaliyyəti üçün dövlət maliyyəsi almaq qadağan edilir.
Onların dövlət sirlərinə çıxışına qəti qadağan qoyulur. Belə şəxslərin ictimai müşahidə komissiyalarının və ya seçki komissiyaların üzvü olması da qadağan olunur.
Xarici agent statusu olan şəxslər bundan sonra ümumiyyətlə heç bir ictimai tədbir keçirə bilməyəcəklər.
Yeni qanun xarici agentlərdən ibarət mövcud dörd siyahını bir vahid siyahıda birləşdirəcək.
Lakin qanun xarici agentlərlə əlaqəsi olanların yeni siyahısının tərtibini nəzərdə tutur.
***
Rusiyada xarici agentlər haqqında qanun 2012-ci ildə, Putin prezident kürsüsünə qayıtdıqdan sonra qəbul edilib.
Bu qanun hakimiyyət orqanlarına xaricdən vəsait alan və hakimiyyətin fikrincə siyasi iş aparan istənilən qeyri-kommersiya təşkilatına xarici agent statusu vermək səlahiyyəti verir.
Belə fəaliyyətin konkret kriteriyaları qanunda göstərilməyib və hakimiyyət bu səbəbdən istənilən fərd və ya vahidi xarici agent elan edə bilir.
İyun ayının ortalarında Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyada xarici agent kateqoriyasına salınmış 73 təşkilata təzminat ödənməsi barədə hökm verib.
Rusiya bildirir ki, sözü gedən təzminatları ödəməyəcək.
***
İyulun 13-də Vladimir Putin ölkənin Cinayət Məcəlləsinə bir sıra dəyişiklikləri də təsdiqləyib.
Bu dəyişikliklər özgə ərazilərdə Rusiyanın maraqlarına zidd silahlı münaqişələrdə iştirak edənlər üçün 20 il müddətinə həbsxana cəzası və 500 min rubl (8580 dollar) cərimə nəzərdə tutur.
Eyni cəza və cərimələr düşmənin tərəfinə keçənlər, xarici dövlətə və ya təşkilata və ya onların nümayəndələrinə “Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərdə” kömək edənlər üçün də nəzərdə tutulub.
“Rusiyanın təhlükəsizliyinə və bu təhlükəsizliyi təmin edən hakimiyyət orqanlarına qarşı yönəlmiş fəaliyyətlərə” ictimai çağırış edənlərə 4 il həbsxana cəzası və ya 500 min rubl cərimə tətbiq oluna bilər.
Əgər belə çağırış xidməti səlahiyyətindən, kütləvi-informasiya vasitələri və ya internetdən istifadə edən qrup tərəfindən edilərsə, 6 il azadlıqdan məhrumetmə cəzası və 1 milyon rubl cərimə tətbiq oluna bilər.
Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər “dövlət sirri təşkil edən məlumatların daşıyıcısı” olan şəxslərin Rusiya xaricinə keçirilməsinə görə 4 il həbs, 500 min rubl cərimə nəzərdə tutulur.
Dövlət sirrinin daşıyıcısı olan şəxslərin icazəsiz olaraq xaricə səfərlərinə görə 7 il həbsxana cəzası verilə bilər.
Nasist və ekstremist rəmzlərin təkrar nümayiş etdirilməsinə görə 4 illik həbsxana cəzası nəzərdə tutulur.
Bundan başqa muzdluluğa cəlb etməyə görə 18 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cəlb olunmuş muzdlunun özünə isə 15 il iş kəsilə bilər.