Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:55 | 16 iyul 2022 | Şənbə
Məqaləyə 846 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada maaşların gecikdirilməsi başlayıb, belə ki RF-nin bir sıra əyalət şəhərlərində büdcə işçiləri aylarla maaş ala bilmir. Acınacaqlı hal tək büdcə təşkilatlarında yox, özəl şirkətlərdə də müşahidə olunur. Bu azmış kimi, təhsil və tibb işçilərinin indiyəcən aldığı maaşa əlavələr kəsilib.
İqtisadçı ekspertlər deyir ki, büdcədəki pul çatışmazlığı Rusiyaya qarşı sanksiyaların ilkin nəticəsidir, müharibənin və sanksiyaların əsl təsiri hələ sonra bilinəcək, pul yoxluğundan iş yerləri ixtisar olunacaq. Artıq rəhbərlikdən maaş tələbilə məhkəməyə müraciət edənlər var. Ən acınacaqlı halda olanlar krediti, ipotekası olanların, özəlliklə işsiz qalanlardır.
***
Bu arada ABŞ-ın Helsinki Komissiyası kimi tanınan Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası “Rusiyanın dekolonizasiyası” adı altında Rusiya Federasiyasının parçalanması ilə bağlı dinləmələr keçirib. Amerikalı ekspertlər bu mövzunu “mənəvi və strateji imperativ” adlandırıblar. Müzakirə iştirakçıları Rusiya Federasiyasının ərazisində Sibir, Uzaq Şərq, Saxa, Buryatiya kimi yeni respublikaların yaranmasını təklif ediblər. Şimali Qafqazın da Rusiyadan ayrılması təklif olunur. Bütövlükdə isə Rusiya adı altında Rusiya Federasiyasının Avropa ərazisinin bir hissəsinin qalması təklif olunur.
May ayından başlayaraq Rusiyanın parçalanması Qərbin siyasi və beyin mərkəzlərində geniş müzakirə olunur. Bu müzakirələr Moskvada isterikaya səbəb olduğu kimi, Rusiyanın Azərbaycandakı casus şəbəkəsini də qorxudur. Rusiyanın dağılacağı halda KQB-nin arxivindəki dosyelərinin üzə çıxacağından qorxuya düşənlər Rusiyanın terrorçu siyasətini ifşa edənlərə qarşı qarayaxma kompaniyası həyata keçirirlər.