
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühüm mesajlar verildi. Bütövlükdə, bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft iqtisadiyyatı 9,6 faiz artıma nail olunması müsbət haldır və bu ilin ikinci yarısı üzrə də artımın davam edəcəyin xəbər verir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi gözlənilir.
Bu hədəflər ilə yanaşı, iqtisadi təhlükəsizlik üçün vacib olan xarici borcun tənzimlənməsi və strateji valyuta ehtiyatlarının qorunub saxlanması siyasəti də davam etdirilir. Azərbaycanda xarici borcun ÜDM-də payı 10.7 faizədək azalıb. Bu MDB-də ən yaxşı göstərici olmaqla yanaşı, dünya ən az xarici borc asılılığı olan 10 ölkədən biri anlamına gəlir. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman Dövlət Neft Fondunun transferlərinin azaldılması fiskal gəlirlərdə enerjidən kənar sektorun payı artırmaqla yanaşı, valyuta ehtiyatlarımızın qorunub saxlanması baxımdan vacib idi. İqtisadiyyatın diversifikasiyası prioritetdir və növbəti dövrlərdə də ən əsas hədəflərdən biri olaraq qalacaq.
Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir. Cəmi 2 gün sonra Azərbaycan ilə Avropa İttifaqı arasında Enerji Memorandiumu imzalanacaq. Azərbaycan Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyin çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.
Avropa İttifaqı ilə yanaşı ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir.
Ermənistanın 10 noyabr Anlaşmasındakı bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsinə baxmayaraq Azərbaycan işğaldan azad olunan torpaqlarımızın bərpa və yenidənqurmasını daxili mənbələr hesabına davam etdirilir. Cənab Prezident müşavirədə bir daha bəyan etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Bu isə bir daha təsdiq edir ki, region üçün yeganə müsbət alternativ kommunikasiyaların bərpası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan ordusu güclüdür və ordu quruculuğu davam etdirilir.
Növbəti dövr üçün də prioritetlər bəyan edildi. İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asılılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövləti dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq, Qarabağı və Zəngəzuru quruculuq işləri davam etdiriləcək və bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər davam etdiriləcək.
Müşavirədə də qeyd olunduğu kimi dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir.