Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:41 | 18 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 792 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azad Millətlər Liqasının milli hərəkat fəalları ABŞ prezidenti Co Baydeni bu xalqların öz müqəddəratını müəyyən etmək hüququnu dəstəkləməyə çağırıblar.
Liqa üzvləri – buryat Racana Duqar-DePonte, tatar İrşat Xabi və fin-uqor xalqlarından olan erzyanların nümayəndəsi Vitali Romaşkin Vaşinqtona öz plakatları və milli bayraqları ilə gəliblər.
Onların bu aksiyası və Baydenə açıq məktub yazması ABŞ-da 1959-cu ildən bəri hər il keçirilən Əsarətdə olan Xalqlar həftəsinə təsadüf edir.
Romaşkin deyib: “Biz xalqlarımızın gələcəyini Rusiyanın tərkibində görmürük və Kremlin cinayətləri üçün cavabdehlik daşımaq istəmirik”.
***
Duqar-DePontenin sözlərinə görə Rusiyadakı avtoxton xalqlar əslində Moskvanın və onun rejiminin girovlarıdır: “Bizə seçim verilib: ya döyüşəməliyik, ya da Rusiya təcavüzünü dəstəkləmədiyimiz üçün həbsxanaya salınmalıyıq”.
Xanım Duqar-DePonte deyib ki, Kremlin buryat gənclərindən öz cinayətkar məqsədlərinə çatmaq -imperiya sərhədlərini genişləndirmək və yeni ərazilər qəsb etmək üçün istifadə etməsi bir buryat qadın kimi onun üçün ağırdır.
Fəallar bildiriblər ki, onlar aksiyaya təkcə Ukraynaya qarşı təcavüzü pisləmək üçün yox, həm də Amerika cəmiyyətinin dəstəyini qazanmaq üçün çıxıblar.
Tatarların nümayəndəsi Xabi deyib: “Biz hazırda Ukrayna, Estoniya, Litva və Latviyanın 40 il əvvəl olduqları vəziyyətdəyik. Biz müstəmləkəlikdən qurtarmaq üçün mübarizə aparacağıq və bu mübarizədə inkişaf etmiş demokratik ölkələrin dəstəyinə ehtiyacımız var”.
Bu da xəbər verilir ki, Liqa üzvləri iyulun 23-də dünyanın ən müxtəlif ölkələrində aksiyaya çıxıb öz müqəddəratlarını təyin etmək hüquqlarını tələb edəcəklər.
***
Azad Millətlər Liqasına başqırd, buryat, İngeriya finləri, kazaklar, tatar və erzya xalqlarının hərəkatları daxildir. Onların məqsədi öz dövlətlərini qurmaq və Rusiyanın tərkibindən çıxmaqdır.
Rusiya Federasiyasının Cinayət Məcəlləsində dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar üçün xüsusi cəza maddəsi var. Bu maddəyə görə belə çağırış edənləri 5 ilədək həbsxana cəzası gözləyə bilər.
Başqa bir maddədə isə Rusiyanın ərazi bütövlüyünün pozulmasına görə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
1992-ci ildə Uzaq Şərq, 1993-cü ildə isə Sibir müstəqillik tələb edirdilər. 1992-ci ildə habelə Sverdlovsk və Çelyabinsk vilayətləri Ural Respublikası təşkil edərək Rusiyadan ayrılmaq istəyirdilər.
Prezident Boris Yeltsinin əmri ilə bu barədə referendum keçirilməli olsa da, bu tədbir baş tutmadı.
Rusiyadan suverenliklərini müxtəlif vaxtlarda Kareliya, Dağıstan, Tatarıstan və Çeçenistan (İçkeriya) tələb ediblər.