Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:30 | 18 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 1041 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ermənistanda qutudan kim çıxacaq ...
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım paketi barədə razılığa gəliblər. Həmin iclasda Aİ xarici işlər komissarı Cosef Borrell üzv ölkələri Rusiyaya qarşı sanksiyaları yumşaltmamağa çağırıb.
Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Avropa İttifaqı ümumilikdə Kiyevə 2.5 milyard avroluq dəstək verib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu yardım paketinə görə Avropa İttifaqına təşəkkürünü bildirib, amma onun ölkəsinə daha çox yardım göstərilməsinə çağırıb.
O iyulun 18-də keçirilən iclasda deyib ki, “Ukrayna üçün silahlar, Rusiyaya qarşı sanksiyalar və ondan cavabdehlik tələb olunması - sülhün bərqərar edilməsinin, təhlükəsizliyin gücləndirilməsinin və Avropada sabitliyin qorunmasının üç əsas yoludur”.
Litvanın xarici işlər naziri Qabriyelius Landsbergis bildirib ki, Ukraynaya silahların verilməsi davam etdirilməli, eyni zamanda Odessa limanından taxıl ixracatı üçün şərait yaradılmalıdır.
***
Cosef Borrell təsdiqləyib ki, Ukraynanın daha çox silaha ehtiyacı var. O bildirib ki, bu məsələdə Avropa İttifaqı həmrəydir və geriyə çəkilmək fikri yoxdur.
Mətbuat konfransında danışan Borrell sanksiyaların əks-nəticə verdiyinə və Rusiyadan daha çox Avropa İttifaqına ziyan vurmasına dair iddiaları qətiyyətlə rədd edib:
"Bəzi Avropa liderləri deyirlər ki, sanksiyalar yanlış, səhv addım olub. Sanksiyaların səmərəliliyi barədə böyük bir debat gedir. Sanksiyalar Rusiyadan çox bizəmi ziyan vurur? Bunu deyənlərin gözləri yoxdur? Onlar göstəricilərə fikir vermirlər? Rəqəmlərə baxmırlar?”
Müşahidəçilər bildirirlər ki, Borrell ad çəkməsə də Rusiyaya münasibətdə yumşaq mövqe tutan Macarıstan baş naziri Viktor Orbana işarə edib.
O ötən həftə demişdi ki, Aİ Rusiyaya qarşı sanksiyalar irəli sürməklə özünü ayağından yox, ağ ciyərlərindən vurub.
***
Avropanın Rusiyaya qarşı sanksiyaları arasında Rusiya neftinə qismən embarqo, Rusiyanın mərkəzi bankı ilə tranşlara qadağan və Rusiyaya yeni investisiyaların dayandırılması daxildir.
Lakin Borrell Avropa ölkələrini ruhdan düşməməyə çağırıb.
O bəyan edib ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyalara səs veriblər və bu sanksiyalara tam əməl olunmalıdır.
Borrell elan edib ki, Aİ Rusiya üzərinə sanksiyaların 7-ci paketi üzərində işləyir və bura Rusiyadan qızıl idxalına qadağan da daxildir.
Qızıl, enerjidən sonra Rusiyaya ən çox gəlir gətirən ikinci böyük sahədir.
Ötən ay Böyük yeddilərin G7 qrupu Rusiya qızılına qadağan barədə razılaşma əldə edib.
Qrup üzvləri bildiriblər ki, Rusiya sanksiyaların təsirini azalmaq üçün öz qızılı ilə valyutasının məzənnəsini saxlayır.