Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:44 | 21 sentyabr 2022 | Çərşənbə
Məqaləyə 2167 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən əksər lider Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zərurətini vurğulayıblar. Bu görüşləri Vaşinqtonda diqqətlə izləyiblər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə barədə qorxusu müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib. “Bu, sadəcə faktın təzahürüdür ki, həmin təcavüz planetin bütün insanlarının maraqlarına qarşı yönəlmiş təcavüzdür”, – o, deyib.
Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın. Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir. Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Tayvanla bağlı Çinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdən keçirib. Vaşinqtonun məqsədi yeni sanksiyalar vasitəsilə Pekinin Tayvana gələcək müdaxiləsinin qarşısını almaqdır. Sanksiyalar içərisində Çinlə ticarətin nisbətən məhdudlaşdırılması, investisiyaların azaldılması və telekommunikasiya sahəsində əməkdaşlığın yenidən nəzərdən keçirilməsidir. Tayvan ABŞ-la yanaşı Avropa İttifaqının da Çinə qarşı sanksiyalar tətbiqini istəyir. Çünki Çinin Avropa ölkələri ilə sıx ticarət əməkdaşlığı mövcuddur, böyük investisiya layihələri gerçəkləşdirilir.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ölkə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib. Pelosidən sonra ABŞ-dan Tayvana daha 3 nümayəndə heyəti səfər edib.
Bu arada, Tayvanın Müdafiə Nazirliyi yaxınlıqdakı adalarda istehkamları möhkəmlətməkdə davam edir. Məqsəd ada üzərində uçuşlar həyata keçirən Çinə məxsus pilotsuz uçuş aparatlarını zərərsizləşdirməkdir. Çünki son aylarda Çin dronları ada ətrafında uçuşlar həyata keçirirlər. Tayvan hərbçiləri sentyabrın 1-də Çinə məxsus dornlardan birini vurublar. Tayvan və ABŞ hesab edir ki, Çinə məxsus dronların ada ətrafında uçuşları mümkün müharibənin işartısı ola bilər.