Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:12 | 11 oktyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1134 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Praqa görüşündə sadəcə ərazi bütövlüyü məsələsi həllini tapmadı, eyni zamanda Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini tanıdılar”. Bunu politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Xankəndi ermənilərinin davası bu qədər müddət ərzində onları aldadan, səfalət içində yaşamağa məcbur edən separatçı ünsürlərlədir: “Siyasi elmdə dövlətin əlamətlərindən sayılan başlıca prinsiplərdən biri kimi suverenlik müəyyən ərazidə ali hakimiyyəti nəzərdə tutur. Hamı üçün məcburi xarakter daşıyan hakimiyyət isə yalnız dövlətə mənsubdur, burada isə Azərbaycana. Bu baxımdan da suverenliyimizin təsbit olunduğu ərazilərdə daxili işlərimizlə bağlı istənilən praktiki qərar Azərbaycan dövlətinə məxsusdur.
Ərazi bizim, suverenlik bizə məxsus, dövlət başçımız da birmənalı şəkildə bildirir ki, “Qarabağ bölgəsində yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik, daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.
Xankəndidə süni olaraq keçirdilən mitinqlərə Araik Arutyunyanı çağırırlar ki, gəlib onlara yiyə dursun. Görünür, yiyə duran da yoxdur, ortalıqda qalıblar. Bilinməli idi ki, bu gün alət olaraq istifadə olunan sabah da tullanacaq.
Mitinqlərdə Arutunyanın ermənilərin qarşısına çıxa bilməməsi ondan xəbər verir ki, artıq mövcud vəziyyət separatçıların xəyallarının tam əksidir.
Düşünmürəm ki, bölgədə qalan ermənilərin narazılığı bir qayda olaraq Azərbaycan dövləti ilə bağlıdır, çünki dövlət başçımız Praqada jurnalistlərə verdiyi müsahibədə aydın dedi ki, “Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq”.
Ermənilərin davası bu qədər müddət ərzində onları aldadan, səfalət içində yaşamağa məcbur edən separatçı ünsürlərlədir. Ermənilərin lehinə işləyən heç nə yoxdur, əleyhlərinə işləyən birinci məsələ isə zamandır. Hələ harasıdır, ermənilər Azərbaycan dövlətinin tərkibində yaşayıb ağ gün görəndən sonra separatçıların vəziyyəti o zaman daha acınacaqlı olacaq.
Hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında bütün xalqlar və milli azlıqlar qardaşlıq və dostluq şəraitində yaşayırlar, ana maddəmiz olan Konstitusiyamız da milli azlıqlara geniş imkanlar təqdim edir, bir halda ki, onların davranışları ölkəmizin ümumi mənafe və maraqlarına zidd olmamalı, etno-təəssübkeş millətçiliyə xidmət etməməlidir.
Praqa görüşündən sonra Arutyunyanın İrəvana çağırılması fonunda separatçıların guya mitinq təşkil ediblər görüntüsünün verilməsi şou xarakterlidir. Bu, guya Praqa görüşünün nəticələri ilə razılığın verilməməsi, icrasının mümkün olmayacağını göstərmək cəhdləridir. Xankəndidə keçirilən süni aksiyalar birmənalı şəkildə qondarma rejimin öz oyunu olsa da istisna etmirəm ki, vasitəçilikdə, mövcud vəziyyətdə və gəlinəcək yekun nəticədə dominantlığın digər tərəfə keçməməsi baxımından işin içində başqa əllər də mövcuddur. Hər bir halda Praqada imzalanan sənədin mahiyyətinin nə demək olduğu da Arutunyana birbaşa olmasa da sadəcə İrəvan tərəfindən izah edilməyib”.