Pekində turizm ofisi açıldı
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
09:53 | 12 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1230 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Yeni yayılan hesabatda xəbərdarlıq olunur ki, Çin dünya boyu bir neçə şəhərdə “xarici polis xidmət mərkəzləri” açıb. Onların bəziləri qlobal miqyasda qəbul edilmiş ekstradisiya qanunlarını pozaraq cinayət törətməkdə şübhəli bilinən şəxsləri ittihamlarla üzləşmək üçün ölkələrinə qayıtmaları üçün şantaj edirlər.
2020-ci ildə Çinin Lişui şəhər prokurorluğu tərəfindən hazırlanmış video. İspaniyada yerli Çin assosiasiyaları ətraf mühitin çirklənməsinə görə axtarışda olan bir şübhəlinin izinə düşüb.
O, Madriddə “xarici polis xidmət mərkəz”ində uzaqdan Çin polisi tərəfindən dindirilir. Onların yanında şübhəlinin ailə üzvü oturub.
Prokurorluğun videosunda deyilir ki, şübhəli ittihamlarla üzləşmək üçün ölkəyə geri dönməyə “inandırılır”.
“Safeguard Defenders” insan hüquqları təşkilatının hesabatının həm-müəllifi Laura Hart deyir ki, bu, narahatedici yeni bir taktikadır.
“Bu, fərari adlandırdıqları şəxsi onların sözü ilə desək “könüllü” şəkildə Çinə qayıtmasını təmin etmək üçün onun vətənindəki ailə üzvləri və qohumlarının hədələnməsi, təqib edilməsidir”, – o deyir.
İspaniya insidentlə bağlı təhqiqat apardığını təsdiqləyib.
Çin rəsmiləri 2021-ci ilin aprel ayı ilə 2022-ci ilin iyul ayı arasında əsasən cənub-şərqi Asiyada yaşayan 230 mindən çox çinlini cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəyə geri qayıtmağa “razı salmaq”la lovğalanır.
Hesabatda deyilir ki, rəsmi sənədlərə əsasən, Çin 5 qitədə ən azı 54 polis xidməti mərkəzi açıb. Sadalanan mərkəzlərdən üçü Britaniyadadır. Onlardan biri Londonun şimalında bu ünvanda yerləşir. Orada fəaliyyət göstərən bizneslər Çin hökuməti ilə hər hansı əlaqələrinin olduğunu inkar edib. Onlar Amerikanın Səsi ilə danışmağı rədd edib.
Yerli Çin icmasında əksəriyyət xarici polis mərkəzlərindən xəbərdar olmadıqlarını və kamera qarşısında danışmaq istəmədiklərini deyib.
“Çin rejimi getdikcə arsızlaşır, onların institutları getdikcə daha da arsıza dünya boyu bu cür qanunsuz yollara əl atır və bunu da çox yaxşı gizlətmir. Bundan əlavə demokratik hökumətlərin öz ərazilərində ərazilərinin suverenliyinin pozularaq bunun baş verdiyindən xəbərdar və ya hətta narahat olmamaları eyni dərəcədə narahatedicidir”, – Laura Hart deyir.
Böyük Britaniya bildirib ki, “Birləşmiş Krallıq ərazisində fəaliyyət göstərən hər bir xarici ölkə Birləşmiş Krallıq qanunlarına əməl etməlidir”, amma onlar istintaq aparıb-aparmadıqlarını şərh etməyib.
Finn Lau Çin Kommunist Partiyasının əlinin uzun olduğunu yaxşı bilir. O, 2019-da Honq Konqda Pekinə qarşı baş qaldıran etirazların lideri olaraq polis tərəfindən axtarışda idi və sonra Britaniyaya qaçdı.
Daha sonra isə o, 2020-ci ildə Londondakı evinin yaxınlığında üç maskalı şəxs tərəfindən hücuma məruz qalıb. O onların Çin hökumətinə işlədiklərindən əmindir.
“Mən Londonda özümü təhlükəsiz hiss etmirəm, xüsusilə də fiziki və ölümlə nəticələnə biləcək hücumdan sonra. Çünki illərdir çinli və ya honq konqlu dissidentlər fərqli yollarla Çin Kommunist Partiyası tərəfindən ya təqib olunur ya da sıxışdırılır”, – o deyir.
Çinin Londondakı səfirliyi bildirib ki, “Safeguard Defenders” təşkilatının hesabatı “spekulyasiyalar və yalanlarla doludur” və əlavə edib ki, Çin ədliyyə suverenliyinə tam hörmət edir.
Hesabat müəllifləri deyir ki, bu polis xidməti mərkəzləri ən yaxşı halda Çin diasporu və turistlərə gündəlik problemləri ilə yardım edir. Ən pis halda isə onlar mürəkkəb qlobal izləmə və nəzarət şəbəkəsinin bir hissəsi ola və Kommunist Partiyasına Çinin sərhədlərindən kənara da əlinin çatmasına imkan verə bilər.