İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:55 | 17 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 734 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İran pilotsuz uçuş aparatlarının (PUA) ardınca Rusiyaya ballistik raketlər də verəcək. “The Washington Post” qəzeti ABŞ və müttəfiq ölkələrin təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinad edərək İranın Rusiyaya 300 və 700 kilometr məsafədəki hədəfləri vura bilən Fateh-110 və Zülfüqar raketlərini verəcəyi haqqında məlumat yayıb.
Rusiya özünün malik olduğu raketlərin böyük bir hissəsini artıq istifadə edib. Çoxsaylı məlumatlara görə, Rusiyanın əlində müharibədən öncə malik olduğu raketlərin cəmi 25 faizi qalıb. Moskvada qorxurlar ki, silah-sursatın tükənməsi imperiyanın cənub və şərq sərhədləri üçün təhlükə yaradacaq. Buna görə də İrandan raketlər də almaqla malik olduqları silah-sursatı qorumağa çalışır.
Rusiya imperiyasının varlığını İranın mövcudluğunu qorumasının əsas şərti olduğunu Tehranda anlayırlar. Rusiya imperiyasının dağılacağı halda parçalanmaq növbəsinin İrana çatacağı şübhəsizdir. Buna görə də İran Rusiyanı tam dəstəkləməyə başlayıb. İranın teokratik rejimi beynəlxalq ictimaiyyətin cəzasından qorxduğu üçün Rusiyaya etdiyi yardımları inkar etməyə çalışır.
İranın xarici işlər naziri bu məlumatları təkzib edərək Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah vermədiklərini və verməyəcəklərini iddia etməkdən çəkməsə də, Rusiyanın İran PUA-larından fəal istifadə etdiyi artıq təsdiqini tapıb.
İran Rusiyanı Ukraynaya qarşı silahlandırmaqla terrorçuluğu himayə etdiyini bir daha sübut etdi. Ölkə daxilində azadlıq uğrunda mübarizəyə qalxan insanlara divan tutan İran rejiminin Rusiyaya dəstəyi cavabsız qalmamalıdır. Beynəlxalq ictimaiyyət öz vətəndaşlarına divan tutan və Rusiyanın terrorçu müharibəsinə dəstək verən İran rejimini sərt şəkildə cəzalandırmalıdır.
İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla İranın Rusiyaya PUA və ballistik raketlər verməsinə cavab olaraq Ukraynaya hərbi yardım göstərməyi təklif edib. Nazir Naxman Şaylanın bu mövqeyi alqışa layiqdir, amma yetərli deyil. Beynəlxalq ictimaiyyət Ukraynanı Rusiya-İran cütlüyü qarşısında daha fəal dəstəkləməklə yanaşı, İran rejimini cəzalandırmağın yollarını tapmalıdır. Bu istiqamətdə atılacaq addımlardan biri İranın şimalın uçuşa yasaq bölgə elan edilməsi olmalıdır. Çünki, İran bu bölgədə azadlıq, ədalət və milli hökumət tələbləri ilə ayağa qalxan Azərbaycan türklərinə qarşı qətliamlar törədir.