vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Avropadan 400 kəşfiyyatçı gəlib 07:37 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropadan 400 kəşfiyyatçı gəlib

Ermənistan ordusu sərhədimizə cəmləşir

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Müxtəlif miqyaslı müharibə cinayətlərində iştirak edən, qanunsuz məskunlaşma və azərbaycanlıların əmlakını talamaqla məşğul olan Ermənistana qrant göndərənlər kim, onun işğalçılıq siyasətini alqışlayıb, anti-Azərbaycan açıqlamaları ilə erməniləri yenidən müharibəyə səsləyən bəyanatlarla regionda vəziyyəti gərginləşdirməyə can atan beynəlxalq güclər kim...

Ermənistanın Azərbaycana ərazi iddialarını dəstəkləməklə Qarabağın erməni əhalisində növbəti fəlakətlərə səbəb ola biləcək xülyaları formalaşdırmaqda maraqlı görünən Fransa prezidenti Emmanuel Makronu isə ermənilərin taleyi yox, regionla bağlı öz maraqları düşündürür. Belə olmasaydı ən azı ağır müharibənin məğlub tərəfi kimi 2 ildir savaşın dayandırılmasına rəğmən heç cürə toparlana bilməyən Ermənistanı Azərbaycanın qarşısına ataraq bölgəni yenidən qaynar nöqtəyə çevirmək fikrindən daşınardı. Amma biz tamamilə əks proseslərə şahid olmaqdayıq.

Bir məsələ dəqiqdir ki, Cənubi Qafqaz regionunda, məhz Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açılır və təəssüf ki, münasibətlərin müsbət məcrada qurulması ilə bağlı hər hansı bir xoşməramlı siqnalların yerini gərginlik əvəz etməkdədir. Gedişat deməyə əsas verir ki, geosiyasi konfiqurasiyanın daha çox mürəkkəbləşmək ehtimalı yüksəkdir.

Xüsusən də hər şeyin Praqa görüşündən sonra Fransa prezidentinin ölkə televiziyasında səsləndirdiyi qeyri-obyektiv, heç bir əsası olmayan, ermənipərəst bəyanatlardan sonra belə bir şəkil aldığını Avropa İttifaqından tutmuş, prosesləri yaxından izləyən bütün beyin mərkəzləri və siyasət adamları bilir.

Biz Praqa görüşündən sonra Azərbaycanın sərhədlərini də əhatə etməsindən İlham Əliyevin imtina etdiyi Avropa İttifaqının mülki missiya adı altında bir qrup nümayəndəsinin Ermənistana gələcəyi xəbərindən sonra rəsmi İrəvanın Azərbaycanla sülh ritorikasında da müəyyən dəyişikliklərə şahid olmaqdayıq. Görünən odur ki, Ermənistan artıq hər vəchlə yenidən sülhdən yayınma taktikasını məharətlə işə salmağa çalışır, Bakı isə tutduğunu buraxmamaqda israrlıdır. Baxmayaraq ki, bu ilin sonuna kimi artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilər hər ötən gün, xüsusən də Brüssel təmaslarından sonra daha da artdı, indi vəziyyəti qəlizləşdirmək üçün bir qrup xarici qüvvə ilə Ermənistanın manipulyasiya cəhdlərinə şahidik.

Son günlər Ermənistan tərəfindən artan hərbi təxribatlar, sərhədin müxtəlif istiqamətlərində mövqelərimizin atəşə məruz qalması Azərbaycanı yeni savaşa çəkmək, rəsmi Bakını təcavüzdə suçlamaq üçün hazırlanmış plana daxil bir məsələdir.

Bunun Avropa İttifaqının Ermənistana 40 nəfərdən ibarət müşahidə missiyası göndərəcəyini bəyan etməsindən sonra erməni silahlı qüvvələrinin əlinin qolunun açılması təsadüf deyil. Ehtimallar hər gün artır ki, indi orada dirijorluğu Fransa əlinə alıb. Ən maraqlı məqam isə ondan ibarətdir ki, Aİ mülki missiyasının 40 nəfərdən olduğunu bildirsə də Ermənistan onların sayının nə az, nə çox, düz 10 dəfə çox, yəni 400 nəfərdən ibarət olacağı ilə bağlı fikirlər səsləndirir.

Buradan belə nəticə çıxır ki, əgər Ermənistanın iddia etdiyi kimi Aİ-nin 400 nəfərlik nümayəndə heyəti regiona, daha dəqiq desək Ermənistana gəlirsə, onların hansı missiyanı yerinə yetirmək üçün orada olduqlarıda barədə şübhələr bir-birini əvəz etməyə bilməz. Çünki ATƏT-in Minsk Qrupundan da işğala son qoyulan son iki ilə kimi 30 il müddətinə hər birimizə aydındır ki, missiya üçün bir ordu qədər heyətə gərək yoxdur. Nəzərə alsaq ki, hətta Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə bu sayda hərbçi cəlb edilməyib, demək ki, bu elə düşündüyümüz bütöv bir ordudur.

Bəs bu ordu Azərbaycanla sərhəddə nə ilə məşğul olacaq, hansı vəzifələri icra edəcək?

Bu xəbərlərin yayıldığı bir dövrdə Ermənistanın Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə ağır texnika cəmləşdirdiyi müşahidə olunur. Son bir ay ərzində Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələri tərəfindən bu cür aktivliyin artıq müşahidə olunması faktı adi məsələyə çevrilib. Belə aydın olur ki, Minsk Qrupunun Ermənistanla Azərbaycan arasında siyasi fəaliyyət çərçivəsində iştirakına qarşı olan Azərbaycanın Praqada da Fransanın təklifi ilə "mülki missiya" adı altında fəaliyyətinə Əliyevdən "Yox" cavabını alacağını yaxşı bilən Paris İrəvanla artıq bu barədə müəyyən planlar üzərində işləməyə başlayıb. Xüsusilə də nəzərə alsaq ki, Avropa İttifaqının hazırkı sədri olan Fransanın təşəbbüsü ilə Çexiyanın paytaxtında Aİ-nin sessiyası keçirildi, demək ki, bu sessiyada hansı görüşlərin nəzərdə tutulduğu öncədən Makrona məlum idi. Çox güman ki, o bu barədə Paşinyanın da qulağına pıçıldamışdı.

Təxribatlar, hərbi texnikanın Azərbaycanla sərhəddə cəmlənməsi istiqamətindəki proseslərin isə xüsusilə son bir ayda aktivləşməsi deyilən iddiaları bir az da artırır və Paris artıq İrəvana hazırlıq görməyə başlamasını tapşırıbmış.

Görünən odur ki, Ermənistan indi də Fransanın açıq dəstəyi ilə Aİ-nin arxasında gizlənərək Azərbaycana qarşı yeni təxribatlar planlayır. Amma yaxşı olar ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi sülhə gedən yolda konstruktivlik nümayiş etdirib, havadarlarına qulaq asdığı qədər rəsmi Bakının və Ankaranın verdiyi mesajları düzgün almaq üçün diqqətli olsun.

Azərbaycan hazırda sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, o cümlədən itkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar  məsələlər ətrafında İrəvanın konstruktivliyini gözləyir. Prezidentin köməkçisi Vaşinqtonda Armen Qriqoryanlıa görüşü də məhz Brüsselin sülh gündəliyinə töhfə vermək məqsədi daşıyırdı. Yaxşı olar ki, Ermənistan tərəfi təxribatlar barədə düşünməkdənsə, iki ölkənin liderləri, XİN rəhbərləri arasında müzakirə edilən mövzuların tez bir zamanda işlənib hazırlanmasına zamanını xərcləsin. Çünki bir azdan İrəvanın vaxtı bitəcək! (Milli.az)