
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Ermənistanın Hindistandan raketlər, kamikadze dronlar alması, bu iki ölkə arasında 250 milyon dollarlıq silah alışı ilə bağlı təcili anlaşmanın imzalanması, Azərbaycanla sərhəddə Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularının cəmlənməsi, hərbi texnika daşınması, eyni zamanda sərhəd istiqamətində muzdlu döyüşçülərin göndərilməsini əks etdirən materialların sosial mediaya sızması, Avropa İttifaqının mülki missiyasının (sözdə 40 deyilsə də, erməni mediası bu rəqəmin 400 olduğunu iddia edir) Azərbaycanla sərhəd boyu yerləşdirilməsi üçün təcili addımların atılması məqsədilə İrəvanla Qərbin birgə gördüyü işlər nə sıradan bir hadisədir, nə də təsadüfdür.
Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması da bir daha deməyə əsas verir ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərdən üzü bu yana Brüssel sülh gündəliyi də daxil olmaqla iki ölkə arasında sülh yolunda hansı məsələlərdə konstruktivlik nümayiş etdirmişdisə, indi hamısını geri çevirərək Azərbaycana meydan oxumağa çalışır.
Bunu elə artıq son günlər adi hal almış Ermənistan silahlı bölmələrinin mövqelərimizi müxtəlif iri çaplı silahlardan atəşə məruz qoyması faktı da təsdiq edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyil. İrəvan bu vaxta kimi sülh yolunda atdığı addımları sadəcə vaxt qazanmaq məqsədilə edib ki, növbə Ukraynanın ardından yardım məsələsində Ermənistana çatsın. İndi isə Nikol Paşinyan başda olmaqla erməni diplomatlar Bakı ilə ancaq revanş ritorikasında danışmaq variantını seçiblər. Bu isə o deməkdir ki, Ermənistan artıq ona lazım olan dəstəyi almağa başlayıb.
Elə bütün bu hadisələr fonunda Nikol Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” ittiham etməsi təsadüfi sayıla bilməz. Erməni baş nazir indi də iddia edir ki, Azərbaycan sərhəddə “atəşkəsi pozur” və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, “atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır”.
Bu özü-özlüyündə bir daha təsdiq edir ki, Ermənistan öncə sərhəddə təxribat törədərək Azərbaycan Ordusunu adekvat tədbirlər görməyə vadar edir. Əsgərimiz düşməni susdurduğu zaman isə vay-şüvən qopararaq “Bizim Azərbaycana gücümüz çatmır. Onlar bizə təcavüz edirlər. Təcili təhlükəsizliyimizi təmin etmək üçün beynəlxalq güclərin yardımına ehtiyacımız var” fikirlərinə yer verərək revanş üçün şəxsi heyət və hərbi texnika sıralarını genişləndirmək planlayırlar. Beləcə, Paşinyan Zelenski ssenarisindən istifadə etmək istəyini açıq şəkildə göstərir.
Bu məsələdə Qərbin, xüsusilə də Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. məsələlər yer alır ki, bununla da İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bu yolla Azərbaycan Ordusunu 12-13 sentyabr hərbi toqquşmasından əvvəlki mövqelərinə çəkilməyə vadar edərək sərhədin müəyyən edilməsi də daxil olmaqla bölgədəki vəziyyəti öz xeyrinə dəyişməkdir.
Baxmayaraq ki, Praqada qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası gözlənildiyi kimi sərt oldu, baxmayaraq ki, Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq, amma hadisələrin bu sürətlə cərəyan etməsi deməyə əsas yaradır ki, rəsmi İrəvan Rusiya Ukrayna ilə müharibədən baş açıb tərpənənə kimi “beynəlxalq mexanizmlərin” Ermənistanda mövcud olmasına çalışır.
Bəli, bu məsələdə Ermənistan tərəfi Avropa İttifaqının mülki missiyası ilə kifayətlənmək niyyətində deyil. Ermənistan XİN başçısı Ararat Mirzoyan da bunu açıq şəkildə bəyan edib. O bildirib ki, “Hazırda Azərbaycan-Ermənistan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə edirik. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır”. Mirzoyan Aİ-nin mülki missiyası ilə bağlı isə onu əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq iştirakı gözləyir.
Bayaq qeyd etdiyim məsələ - Ermənistan indiki məqamda əsas çalışdığı Azərbaycanı sentyabr toqquşmasından öncəki mövqelərə çəkilməsinə nail olmaqdır. Çünki 29.800 kvadrat kilometr ərazini saxlamaq bugünkü Ermənistan hakimiyyətinin ən böyük məqsədidir. Üstəlik həyatın ironiyasıdır ki, Paşinyan “Şərqi Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin açılması üçün 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazırdırlar” açıqlaması ilə Naxçıvana “maneəsiz keçid” (Zəngəzur dəhlizi) öhdəliyindən bir daha imtina etdiyini öz xalqına və müxalif qüvvələrə izah etməyə çalışsa da fikrində “Şərqi Azərbaycan” ifadəsinə yer verməklə Zəngəzurun Qərbi Azərbaycan olduğu faktını da təsdiq etmiş olur.
Buradan belə anlaşılır ki, Paşinyan Qərbdən olan həmkarları, havadarları ilə görüşlər zamanı hazırda Qərbi Zəngəzurun “qorunması” məsələsinin üstündə xüsusi olaraq dayanır. Nəticə isə yenə də Bakının təkliflər paketinin yenidən əsas sənəd kimi masaya yatırılmasını və Bakının şərtlərini diktə etmiş olur. Belə ki, bunun əvəzində Qarabağla bağlı mövzu artıq daha az qabardılmağa başlanılır və Ermənistan separatçı rejimin taleyini Azərbaycanın öhdəsinə buraxmaqla barışır.
Hətta iki gün əvvəl Ermənistan prezidenti də açıqlamasında beynəlxalq vəziyyətə toxunaraq bildirib ki, İrəvan mövcud vəziyyətlə barışmalıdır. Nəzərə alsaq ki, Vaan Xaçaturyan Paşinyanın yaxın adamlarından biri hesab edilir, o zaman məsələ daha da təfsilatı ilə aydınlaşmış olur. Demək ki, Paşinyan ona qarşı etirazların geniş vüsət almasından ehtiyatlanaraq xalqa lazımı mesajı bu dəfə məhz Vaan Xaçaturyan vasitəsi ilə ötürmək variantına üstünlük verib.
Bakının da istəyi bundan ibarətdir: Qarabağ erməniləri Azərbaycan vətəndaşlığı alırlar. Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlıları son nəfərinə kimi bölgəni təcili tərk etməli və Xankəndi başqa olmaqla ətraf rayonlar da tamamilə Azərbaycanın yuridiksiyasına keçməlidir. Bunun əksi Azərbaycana qarşı növbəti ərazi iddiasıdır. Belə olacağı halda Azərbaycan daha tutarlı faktlarla, xəritələrlə Qərbi Zəngəzurla bağlı iddialarından çıxış etmək imkanına malikdir. Bunu ən yaxşı indi elə Nikol Paşinyan anlayır.
Böyük siyasətdə buraxılmış cüzi səhv, faciələrə səbəb ola bilər. Xüsusən də o səhv bilə-bilə edilirsə...
Bütün bunların olmaması üçün, dövlət başçılarından yüksək, bilik, intellekt, prosesləri zərgər dəqiqliyi ilə düzgün təhlil etmək və nəticə çıxarmaq tələb olunur ki, deyəsən Ermənistanın bu mənada bəxti heç gətirməyib. Yenə də hadisələri qabaqlamağa tələsməyək, görək hansı variant Nikolun (d)üzüdür.