Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
12:55 | 31 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1513 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
“Soçi görüşünə hər iki tərəf ziddiyyətli maksimumlarla gedir. Bu klassikadır”. Bunu açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları 2030-cu ilə qədər Qarabağda qala bilər: “Azərbaycan danışıqlar masasında iki opponentlə üzbəüzdür: Ermənistan və Rusiya. Valday çıxışı bunu təsdiqlədi. Amma nəyəsə imza atmaq lazımdır, çünki Moskva Praqa ilə hesabı bərabərləşdirməlidir. V. Putin o günə düşməyib ki, ona yox desinlər.
Yeganə imzalamağa şanslı mövzu Azərbaycanın Ermənistanla şərti sərhəddə nəzarətə götürdüyü torpaqlardan imtinası müqabilində Qazaxın 7 kəndini almağı ola bilər. Başkəndi isə Kərki ilə dəyişmək mümkündür. Və deməli ki, Ermənistan qoşunu da tamamilə Qarabağdan çıxarılır
Çünki, danışıq - alver deməkdir. Deməli ki, delimitasiya və demarkasiya mövzusundan savayı Ermənistanın və Azərbaycanın hansısa bəndə imza atacağını gözləmirəm.
Biz Zəngəzur dəhlizindən imtina edə bilərikmi? - Yox!
Qarabağın silahlı qruplaşmalarının tərki-silah prosesinə başlamaq iqtidarındayıq - Yox!
Araiklə danışıqların nəticəsinə inanırıqmı - Yox!
Oktyabrın 31-dən sonra nə edəcəyik?
Qarabağ məscidlərində Azanın səsini ucaldacağıq. Laçın dəhlizindən keçən şübhəli bildiyimiz nəqliyyatı da vurmaq ehtimalı artır, Xankəndini təmin edən qaz, su kəmərlərinin sıradan çıxarılacağı da mümkündür. Separatçıların dron vasitəsilə məhvi prosesinə başlanılacaq. Bu işdə İsrail və Türkiyənin təcrübəsindən istifadə etmək olar.
Yuxarıda deyilənlərdən ziyadəsi Rusiyadakı böhranın dərinləşməsinə ümiddir, amma bu da çıxış yolu deyil. Məncə, 2030-cu ilə kimi Rusiya Qarabağda qalacaq”. (Milli.az)