İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:51 | 10 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 958 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Livanın “Əl-Əxbar” qəzeti xəbər yayıb ki, Amerika hökuməti Livan hökumətini məlumatlandırıb ki, İranın bu ölkəyə yanacaq yardımı Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalara tabedir və Beyrutun İrandan pulsuz yanacaq almasına belə icazə vermir.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah son çıxışında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılaşmanı izah edərkən İranın Livana yanacaq yardımı məsələsini xatırladıb və deyib.
Nəsrullahın sözlərindən bir neçə gün sonra Amerika rəsmi olaraq Livana məlumat verdi ki, o, İranın hədiyyəsini qəbul edə bilməz. Çünki İran nefti necə dəyişdirilməsindən, azad və ya kommersiya xarakterli olmasından asılı olmayaraq ABŞ sanksiyalarına məruz qalır.
Bu, 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə Amerikanın İranın nüvə sazişindən çıxmasından sonra Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi qaydalara əsasən edilib.
Qeyd edək ki, noyabrın 9-dan 10-a keçən gecə İraq-Suriya sərhəddindəki Əlqaim məntəqəsində Livana neft daşıyan İrana məxsus yanacaq tankerlərinə hava hücumu edilib.
Hücum nəticəsində İrana bağlı yarım hərbi qruplaşma üzvlərinin 25 nəfərinin öldüyü, 21 nəfərinin isə yaralandığı bildirilib.
İran mediası bunu dron hücumu adlandırsa da, İraq və başqa bir neçə xarici media hava hücumunun Amerikanın qırıcıları vasitəsilə həyata keçirildiyini qeyd ediblər.
Bununla yanaşı İran və İraqın bir neçə media orqanı hava hücumunun İsrail tərəfindən edildiyini bildiriblər.