Tehranda partlayış səsləri
İsrail hücum iddialarını təkzib etdi
00:12 | 16 noyabr 2022 | Çərşənbə
Məqaləyə 912 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Bu il noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşan 25-ci çağırış İsrail parlamentinin deputatları Qüdsdə and içiblər. Təntənəli mərasimin əvvəlində deputatlar ölkə prezidenti İshaak Hersoqun çıxışını dinləyiblər.
Yeni Knessetdə 29 qadın, 18 ultra-pravoslav icma nümayəndəsi, 8 rusdilli deputat, 8 müsəlman, 1 xristian və bir druz yer alıb.
Pandemiyadan sonra ilk dəfə olaraq deputatlar heç bir məhdudlaşdırıcı tədbir görülmədən tam tərkibdə təntənəli iclasa toplaşıblar. Andiçmə zamanı bütün deputatlar adları ilə sadalanıb və hər biri dövlətə sadiq qalacaqlarını və Knessetdə öz vəzifələrini yerinə yetirəcəklərini vəd ediblər.
Noyabrın 1-də Knessetə növbədənkənar seçkilər keçirilib və bu, üç il yarım ərzində ardıcıl beşinci seçki olub. Noyabrın 3-də İsrail Mərkəzi Seçki Komissiyası Knessetə seçkilərdə yığılan səslərin hesablanmasının başa çatdığını elan edib və nəticədə sabiq baş nazir Benyamin Netanyahunun bloku 64 səslə parlament çoxluğunu qazanıb.
Keçən bazar günü prezident yeni Knesset partiyalarının nümayəndələri ilə üç günlük məsləhətləşmələrdən sonra yeni hökumətin qurulması tapşırığını "Likud" lideri Benyamin Netanyahuya həvalə edib. İsrail qanunu koalisiya danışıqları və yeni nazirlər kabinetinin formalaşdırılması üçün 28 gün vaxt ayırır, lazım gələrsə, daha 14 gün əlavə oluna bilər.
İsrailin 2019-2022-ci il seçki seriyasına qalib partiyaların sabit parlament çoxluğuna əsaslanan həyat qabiliyyətli hökumət yarada bilməməsi səbəb olub. Netanyahu blokunun 64 mandat aldığı 25-ci Knesset seçkilərindən sonra ölkədə uzun sürən siyasi böhranın aradan qaldırılacağı güman olunur.