Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
17:05 | 30 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1197 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyənin Suriya və İraqın şimalında terrorçulara bomba atmağa başlamasından 10 gün keçir. Pəncə-Qılınc adlı əməliyyatda döyüş təyyarələri ilə yanaşı pilotsuz uçuş aparatları da havaya qalxıb. Türkiyə ordusunun YPG və PKK terrorçularını hədəfə alması bölgədə hərbi kontingenti olan ABŞ və Rusiyanın ardıcıl açıqlamalar verməsinə səbəb olub.
Suriyadakı Rusiya qüvvələrinin komandanı Aleksandr Çayko YPG-nin terrorçu lideri Məzlum Abdi ilə Hasekedə gizli görüşü olub. Terrorçubaşı rus komandirlə Türkiyənin mümkün quru əməliyyatını müzakirə edib. Ərəb mətbuatında əksini tapan xəbərlərdə Çayko mümkün bir əməliyyatı dayandırmaq üçün Suriya ordusu birliklərinin Türkiyə sərhədinə yerləşdirilməsini bir daha gündəmə gətirib. Suriya qoşunlarının yerləşdiriləcəyi xətt Türkiyə sərhədinin 30 kilometrliyində ola bilər.
Terrorçubaşı Moskvanı quru əməliyyatının qarşısını almağa çağırıb. Məzlum görkəm alan Məzlum türk tanklarının Suriyanın şimalına girməsini onların varlığı uğrunda “son döyüş” kimi qiymətləndirib.
YPG-li Suriya əsgərlərinin Türkiyə sərhədinə yerləşdirilməsini də dəstəklədiklərini ifadə edərək, 2019-cu ildə də oxşar addımın atıldığını xatırladaraq, “Suriya əsgərlərinin artırılması ilə bağlı problemimiz yoxdur”, – deyib.
Suriya mətbuatında əksini tapan xəbərlərdə Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Türkiyəni ittiham edən sözləri işlədib. Ankaranın İdlibdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini deyən Lavrentiyev Suriyanın yenidən qurulmasında Rusiyadan başqa müttəfiqi Çinin də iştirak edə biləcəyini bildirib.