NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
17:25 | 2 aprel 2014 | Çərşənbə
Məqaləyə 1580 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Artıq neçə gündür ki, erməni saytları növbəti «erməni genosidi» haqda mifi tirajlamaqdadır. Bu dəfə söhbət guya Suriyadan gedir. Ancaq bu, erməni olmazdı ki, «soyqırım» sözünü «Türkiyə» sözü ilə yanaşı işlətməsəydi. (musavat.com)
Uydurulan yeni erməni bestsellerinə görə, guya 2014-cü il martın 21-də Türkiyə ərazisindən keçən «radikal islamçı terrorçular» Suriyanın əsasən ermənilər yaşayan Kesaba şəhəri və ona bitişik kəndlərinə hücum edib, nəticədə yüzlərlə erməni qətlə yetirilib. Əhali daimi yaşayış yerini tərk edərək əsasən Latakiyə sığınmalı olub.
Bundan əlavə, sosial şəbəkələrdə yayılan bir videorolikdə hansısa silahlı adamların yerə oturdulan insanları başının arxasından güllələməsi əksini tapıb. İddialara görə, bu dəhşətli kadrlarda «əl Qaida»çılar məhz erməniləri güllələyir.
Ancaq yalanın ömrü az olur. Məsələ ondadır ki, Kesabada guya ermənilərin kütləvi qırğınının həyata keçirildiyini elə şəhərin Lakatidə sığınacaq tapan meri, erməni Vazgen Çaparyan təkzib edib. Hələ harasıdır, Çaparyan sözügedən videolarda öldürülənlərin də ermənilər olmadığını söyləyib. Bu Azərbaycanın məşhur misalını xatırlatdı: «Cəhənnəmdən gələn mən, oradan xəbər sən?»
Politoloq Ərəstun Oruclu da minval.az-a açıqlamanda bu kimi xəbərlərin ermənilərin növbəti uydurması olduğunu deyib: «Əvvəla, unutmaq olmaz ki, ermənilərin saxta «soyqırımı»nın 100-cü ildönümü gəlir və bu üzdən onlara piar lazımdır. İkinci yandan, ermənilər martın 27-də BMT-də Ukrayna ilə bağlı qətnamənin əleyhinə səs verib Suriya, Sudan, Zimbabve ilə bir cərgədə durmaqla özlərini dünyada rüsvay ediblər və indi də diqqəti bundan yayındırmaq istəyirlər. Odur ki, erməni təbliğat maşını bu mövzunu israrla tirajlayır. Yəqin onu da xatırlayırsınız ki, ermənilər Xocalıda öldürülən azərbaycanlıların fotolarını necə dünyaya özününkülərin fotoları kimi yaymağa çalışırdılar. Kesabada qətliam olması barədə iddialar da məhz xəstə təxəyyülün məhsuludur. Təəssüf ki, bu xəstəliyin şiddəti ilbəil artır».