İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
09:19 | 19 iyul 2024 | Cümə
Məqaləyə 539 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
İsrail parlamenti (Knesset) dünən qərar qəbul edərək müstəqil Fələstin dövlətinin yaradılmasını rədd edən qanunu qəbul edib. Qanun İsrailin iki dövlətli həll çərçivəsində təmaslara qapını bağladığı kimi şərh edilib.
Oktyabrın 7-dən Qəzzaya hücumları davam edərkən Knessetdə qərar verilib. İsrailli deputatlar Fələstin dövlətinin yaradılmasını rədd edən təklifi qəbul ediblər. 9 əleyhinə 68 lehinə səslə qəbul edilən qətnamədə Fələstin dövlətinin İsrail üçün ekzistensial təhlükə olacağı bildirilib. Qərarın iyulun 24-də ABŞ Konqresində çıxış edəcək İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqton səfəri öncəsi qəbul edilməsi diqqət çəksə də, bunun həm də regionda “iki dövlətli həll” təşəbbüslərinin əleyhinə bir addım kimi atıldığı düşünülür..
***
Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Redine İsrail parlamentinin qərarını tənqid edib. Fələstin Milli Təşəbbüsünün baş katibi Mustafa Barquti deyib ki, bu qərar Oslo razılaşmasının tabutuna son mismar vurulması deməkdir: “Birləşmiş Millətlər Təşkilatının “İki dövlətli həlli” səsvermə ilə məhv edilə bilməz” dedi. ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel, "Bu qərardan çox da məmnun deyilik”, – deyərkən, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell, “Davamlı sülh qurmaq istəyiriksə, siyasi həll də təklif etməliyik”, – deyib.
Oslo razılaşması nədir?
13 sentyabr 1993-cü ildə Norveçin paytaxtı Osloda keçirilən görüşlərdən sonra İsrailin o zamankı baş naziri İshak Rabin ilə Fələstin Azadlıq Təşkilatının o vaxtkı rəhbəri Yasir Ərafat arasında ABŞ-ın paytaxtı Vaşinqtonda “Oslo Sazişləri” imzalanıb. Əvvəlcə müvəqqəti Fələstin Muxtariyyətinin yaradılmasını və 1999-cu ildə müstəqil Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan müqavilə, aradan keçən 30 ildə öz məqsədinə nail olmadı.