
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Parlamentdə 10 deputat “yox” düyməsini basdı, spiker hirsləndi
Spiker böyük əfv haqda
Parlamentin 100 illiyi keçiriləcək
Oqtay Əsədov Azərbaycan-Rusiya əlaqələri haqda...
Oqtay Əsədov TürkPA-nın Şura iclasında iştirak edib
Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi: «Daha bəsdirin!»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Siyavuş Novruzovdan etiraz
Lukaşenko Azərbaycana yeni silahlar satacaqlarına eyham vurdu: «Özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur»
Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər barədə təhqiramiz ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlərə toxunulub. APA-nın məlumatına görə, əvvəlcə Etibar Hüseynov söz alaraq bu barədə izahatla çıxış edib.
E. Hüseynov bildirib ki, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur: «Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəyəm. Eyni zamanda buradan bildirərəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər mətbuata heç bir açıqlama verməyəcəyəm və bu gündən etibarən mənim adımdan yayılan xəbərlər saxtadır».
Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istəyib: «Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, yenə də mən heç nəyə baxmayaraq onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir».
E.Hüseynovun çıxışına münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd edib ki, aprelin 3-də axşam İntizam Komissiyasında onun da iştirakı ilə E. Hüseynovun məsələsinə baxılıb: «Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, danışmırsınız belə skandal yaranır, görün çox danışsanız nə olar».